
Rusiyanın paytaxtı Moskvanın cənub-qərbində avtomobildə baş vermiş insidentdən sonra qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
“AVESTA.AZ” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.
Partlayıcı qurğunun avtomobilin altına qoyulduğu bildirilir.
Cinayət işi çərçivəsində bir sıra ekspertizalar təyin olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.