18-10-2024, 09:33 688

Heydər Əliyev Mərkəzində məşhur italyan heykəltaraşın sərgisi açılacaq

2024-cü il noyabrın 1-dən 2025-ci il mayın 11-nədək Heydər Əliyev Mərkəzində tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) sərgisi nümayiş olunacaq.

“AVESTA.AZ” xəbər verir ki, sərginin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunması təsadüfi deyil. Belə ki, “Təbiətdə tarazlıq” (Equilibrium in Nature) ekspozisiyası ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəldəcək. Bakı sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı ilə yanaşma, təbiətin gücü və bu gücün tükənməzliyinin təsviri ideyası təşkil edir.

L.Kuinnin əsərləri Heydər Əliyev Mərkəzinin parkında və foyesində təqdim olunacaq. Bakı sərgisində ziyarətçilər “Eros”, “Birlikdə” (Together), “Paralel dünya” (Pharalel Universe), “Təbiətin gücü” (Force of Nature), “Özünü sev” (Love Yourself), “Balanslaşdırılmış dünya” (Balanced World) və digər əsərlər ilə tanış ola biləcək.

Eksponatlar arasındakı “Tanrının əli” (Hand of God) heykəltaraşlıq nümunəsi müəllifin şedevrlərindən hesab olunur. Bu əsərdə bükülmüş çılpaq adam yorğun halda qollarını aşağı salaraq, onu dəstəkləyən nəhəng bir ovucun içərisində oturur. Lorenso bu əsərini oğluna həsr edib. “Tanrının əli” ziyarətçilərin diqqətini uşaqların real həyatda üzləşdiyi təhlükələrə cəlb edir. Bu əl sonradan Kuinnin digər monumental işlərində mərkəzi elementə çevrilib. Həmin əl sevgi, nifrət, yaratmaq hissi və məhv etmək gücünü təsvir edir.

Lorensonun Bakıya gətirilən digər işi isə “Birlikdə” (Together) adlanır. Məhz bu kompozisiyanın Gizada nümayişi ilə ilk dəfə müasir incəsənətin piramidaya yaxın olmasına icazə verilmişdi. Sözügedən monumental kompozisiya 2021-ci ildə Kann şəhərində, 2023-cü ildə isə Dubayda sənətsevərlərə təqdim olunub. İndi isə əsər 6 ay ərzində Bakı sərgisində Heydər Əliyev Mərkəzinin parkında yer alacaq. Əsərdə insana yaratmağa, həm də məhv etməyə imkan verən vasitə olan əllər təsvir edilib. Bununla rəssam hər şeyin öz əlimizdə olduğuna inanır.

Bakı sərgisini bəzəyən digər əsər “Təbiətin gücü” (Force of Nature) olacaq. Əsər kövrək, lakin çox güclü qadın obrazını təcəssüm etdirir. Burada ana təbiətin özü canlandırılır.

Heydər Əliyev Mərkəzinin parkında dünya sənətsevərlərini heyran edən Lorenso Kuinnin “Bəxş et və al” (Give and Take) əsərini də izləmək mümkün olacaq. Həmin əsərlə heykəltaraş diqqəti həyatda, o cümlədən təbiətdə tarazlığın önəminə yönəldir.

Oskar mükafatına layiq görülmüş aktyor Entoni Kuinn və geyim dizayneri, aktrisa İolanda Addolorinin ailəsində doğulan Lorenso Nyu-Yorkda İncəsənət Akademiyasında təhsil alıb. Rəssam olmağı planlaşdırsa da, enerjisini və orijinal ideyalarını daha yaxşı ifadə etmək üçün taleyini heykəltaraşlıqla bağlamaq qərarına gəlir. Lorenso Kuinn aktyor kimi də tanınaraq filmlərdə rol alıb.

“Hisslərin yaradıcısı”, “emosiyaların rəssamı” kimi tanınan Lorenso son dövrlərdə ən çox tələb olunan heykəltaraşlardan biridir. Lorenso Kuinnin əsərləri dünyaya sülh, harmoniya, “yaratmaq və ya məhv etmək yalnız öz seçimimizdən asılıdır” kimi ismarıcları çatdırır. Əsərləri insan təbiətinin müsbət və mənfi cəhətlərinin tarazlığını nümayiş etdirir.

Paylaş

Xəbər lenti

İranda dolların məzənnəsi rekord qırdı Bu gün, 00:48 İranda silahlı qarşıdurma başlayıb Bu gün, 00:48 Bakı və İrəvan sülhə doğru irəliləyir, Avropa isə Qafqazdakı dəyişikliklərə yanaşmasını yeniləmir Dünən, 23:48 Zelenski: Belçika ilin sonunadək Ukraynaya üç F-16 verəcək Dünən, 23:48 AIIB prezidenti: "Azərbaycan dayanıqlı infrastrukturun formalaşmasına əhəmiyyətli töhfə verir" Dünən, 23:48 "Haber Global" Azərbaycan və İran prezidentləri arasındakı telefon danışığından bəhs edib Dünən, 23:48 Şagirdinin anasından 65 min alıb qaytarmadı: HƏBS EDİLDİ Dünən, 22:49 Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür Dünən, 22:49 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub Dünən, 22:48 Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb Dünən, 22:48 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb Dünən, 22:48 Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq Dünən, 22:48 Leyla Əliyeva ailə fotosunu paylaşdı Dünən, 22:48 Bakıda yol təmiri sürücüləri çətin vəziyyətə saldı: "Niyə yayda yox, indi?" Dünən, 22:48 Zabratda kanalizasiya və su problemi yenidən baş qaldırdı: Sakinlər ÇIXILMAZ VƏZİYYƏTDƏ Dünən, 21:48 Bakıda tıxacların qarşısını alacaq YENİ ÜSUL: Yollar belə təmir oluna bilər Dünən, 21:48 Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır Dünən, 21:48 Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı Dünən, 21:48 Elçin Qasımov: Slovakiya Azərbaycanı Cənubi Qafqazda sabitliyin qarantı kimi görür Dünən, 20:48 "Bavariya" Noyerə əvəzləyi tapıb - İngiltərədən transfer edilə bilər Dünən, 20:48 Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib Dünən, 20:48 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı Dünən, 20:48 Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsi müzakirə edilib Dünən, 20:48 Sahibə Qafarova: Yeni təşəbbüslər Bakı və Bratislava arasında əlaqələrin genişlənməsinə töhfə verəcək Dünən, 20:48 Sürücülər risk altındadırlar: Masazır dairəsi istiqamətində böyük TƏHLÜKƏ Dünən, 20:48 Bakıda dişini çəkdirən qadın xərçəng oldu Dünən, 19:48 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI Dünən, 19:48 Suraxanı sakinləri dayanacaqsız qaldılar Dünən, 19:48 Digər metro stansiyaları da ÖDƏNİŞSİZ OLACAQ? - RƏSMİ CAVAB Dünən, 19:48 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA Dünən, 19:48 Bakıda DƏHŞƏT: Dörd uşaq anası boğularaq öldürüldü, əri saxlanıldı Dünən, 18:48 Canni İnfantino İlham Əliyevlə görüşündən paylaşım etdi Dünən, 18:48 Azərbaycan Belarusa yemiş tədarükünü bərpa edib Dünən, 18:48 Abid Şərifovun SON DURUMU: "Gəzə bilmirəm..." Dünən, 18:48 Mal əti niyə bahalaşır? Dünən, 18:48 Bu rayonda incəsənət məktəbi əsaslı TƏMİR OLUNACAQ Dünən, 18:48 Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsulları istehsal edəcək Dünən, 17:49 "Sabah"ın Çempionlar Liqası oyunları üçün paket biletlərin satışı BAŞA ÇATIR Dünən, 17:49 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar Dünən, 17:49 Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, altı nəfər ölüb Dünən, 17:49 AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək Dünən, 17:48 Azərbaycanda həkim sayı azalır: Səhiyyədə kadr problemi dərinləşir? Dünən, 17:48 "Haber Global" İlham Əliyevlə Canni İnfantinonun görüşündən reportaj hazırladı Dünən, 17:48 Oktyabrda hava necə olacaq? Dünən, 16:48 "Nar" ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı Dünən, 16:48 ABŞ İrana qarşı aviasiya sanksiyalarını genişləndirib Dünən, 16:48 Dövlət Xidməti Xətainin abidəsinin postamenti üzərindəki yazını araşdırır Dünən, 16:48 "Əli korrupsiyaya bulaşan adam müəllim işləyə bilməz" - Sabiq nazirin yeni vəzifəsinə SƏRT REAKSİYA Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR