
İspaniyada “Renfe 114” seriyalı qatar relsdən çıxaraq qəzaya uğrayıb.
Bu barədə “AVESTA.AZ” xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə Madriddə, Şamartin vağzalında manevr zamanı baş verib.
Hadisə ilə əlaqədar bir sıra istiqamətlərdə qatarların hərəkətində fasilə yaranıb. Qəza zamanı xəsarət alan olmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.