
Azərbaycan Basketbol Liqasında I turun daha bir görüşü keçirilib.
"Report" xəbər verir ki, Şəkidə eyniadlı yerli komanda "Quba"nı sınağa çəkib. Olimpiya İdman Komleksində reallaşan qarşılaşma meydan sahiblərinin 90:83 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Naxçıvan" "Neftçi"ni 84:79, "Abşeron" NTD-ni 75:69, "Gəncə" "Lənkəran"ı 90:75, "Sabah" isə "Sərhədçi"ni 80:53 hesabı ilə məğlub edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.