
Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov belçikalı həmkarı Haca Labib ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı tviterdə yazıb.
“İkitərəfli məsələləri müzakirə etdik, Ermənistanın daha öncə Azərbaycan ərazilərini işğal etməsi, postmünaqişə səyləri və rəsmi İrəvanın sülh prosesinə mane törətməsi barədə məlumatlandırdım”, - C.Bayramov qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.