23-10-2024, 02:30 596

Qərbi Azərbaycan Xronikası: Ağmanqan, Ağörən, Ağpara, Ağrıyurd - türk tarixinin izi

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə “Baku TV”də "Ləğv edilərək istirahət zonasına çevrilən türk yurdu" adlı süjet hazırlanıb.

“AVESTA.AZ” xəbər verir ki, süjetdə ermənilərin addəyişmə “terroruna" məruz qalan Ağmanqan oronimi, Ağörən, Ağpara, Ağrıyurd toponimləri haqqında söz açılıb.

Bildirilib ki, XIX əsrin əvvəllərində azərbaycanlılar bu torpaqlardan qovulduqdan sonra onlara məxsus yer-yurd adları dəyişdirilməyə başlayıb.

Ağmanqan - Göyçə mahalının Kəvər, sonralar Kamo adlandırılan rayonda dağ adıdır. Hündürlüyü 3 507 metr olan bu oronim "Ağman" türk tayfa adına qədim türk dilində "məkan", "yer", "ərazi" mənasında işlənən "qan" sözünün qoşulması yolu ilə formalaşıb.

Ağörən - Dərəçiçək mahalının Axta, sonralar Razdan adlandırılan rayonda kənd olub. Kənddə 1831-ci ildən yalnız azərbaycanlılar yaşayıblar. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulsalar da, 1920-ci ildə doğma kəndlərinə qayıdıblar. 1966-cı ildə azərbaycanlılar zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilərək istirahət zonasına çevrilib.

Ağpara - Dərəçiçək mahalının Axta, sonralar Razdan adlandırılan rayonda kənd olub. Kənddə 1897-ci ildən azərbaycanlılar yaşayıblar, ermənilər bura İranın Maku vilayətindən köçürülüb. Kəndin adı erməniləşdirilərək Ağbyurak qoyulub.

Ağrıyur - Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Kirovakan və Quqark adlandırılan rayon ərazisində qışlaq adıdır.

Sonda vurğulanıb ki, Qərbi Azərbaycan torpaqlarının əzəli sakinlərinin kimliyini bir daha sübut edən toponimlər də hayların tarixi saxtalaşdırma əməliyyatlarının qurbanına çevrilib: "Amma tarix, yurd yerləri, onların adları xalqın qan yaddaşında əbədi yaşayır. Çünki Qərbi Azərbaycanın qədim türk-oğuz mənşəli toponimləri haqqında tarixi faktlar və bu yerlərin acı taleyi unudulmayacaq".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvaımıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetdə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Paylaş

Xəbər lenti

Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb Bu gün, 15:48 Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirilib Bu gün, 15:48 Selin dağıtdığı yollar və körpülər indi belə görünür – ƏVVƏL VƏ SONRA Bu gün, 15:48 Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA Bu gün, 15:48 Azərbaycan cüdoçuları Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər Bu gün, 15:48 Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb Bu gün, 15:48 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb Bu gün, 15:48 Firuzə İbadova 2 aydır yataqdan qalxmır Bu gün, 15:48 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü Bu gün, 14:48 Quba-Bakı yolunun Sulutəpə istiqamətində olan hissəsi təmirə bağlanıb - DİQQƏT Bu gün, 14:48 Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib Bu gün, 14:48 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI Bu gün, 14:48 Arzuolunmaz Türkiyə vətəndaşlarından biri keçmiş baş nazir Necmettin Erbakanın oğludur Bu gün, 14:48 Azərbaycana girişi qadağan olunan türklərdən biri də məşhur futbol şərhçisi Ahmet Çakardır Bu gün, 14:48 Naxçıvanda vəzifəli şəxs saxlanıldı Bu gün, 14:48 Azərbaycana qripə qarşı vaksinlər gətirilib, peyvəndləməyə başlanılır - Rəsmi Bu gün, 14:48 Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılışında iştirak edib Bu gün, 14:48 28 günlük tarif paketləri vətəndaşları qane edir? Bu gün, 14:48 Xalçayuma xidməti adı altında vətəndaşları aldadan şəxs saxlanılıb Bu gün, 13:50 Mirzoyan: TRIPP Azərbaycan, Gürcüstan və İranla sərhəd keçidini sadələşdirəcək Bu gün, 13:49 İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək Bu gün, 13:49 İki evin təmiri üçün 1.3 milyon manat alan şirkət rəhbəri tutuldu Bu gün, 13:49 Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib Bu gün, 13:48 AMADA-nın cəzalandırdığı boksçu Daniel Holostenko karyerasını bitirib Bu gün, 13:48 Almalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? Bu gün, 13:48 6 rayonda məskunlaşan sakinlər qoyunçuluq təsərrüfatı qurublar Bu gün, 13:48 Bakıda tıxacları azaltmağın YENİ ÜSULU - Təmir işləri... Bu gün, 13:48 Boks üzrə U-19 dünya çempionatı: Azərbaycanın üç təmsilçisi qələbə qazanıb Bu gün, 12:48 Azərbaycanda yağın qiyməti kəskin BAHALAŞDI Bu gün, 12:48 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib Bu gün, 12:48 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb Bu gün, 12:48 Yeni Lexus ES. zəriflik və innovasiyanın yeni nəsli Bu gün, 12:48 Mətbuat Şurası jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib Bu gün, 12:48 Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir? Bu gün, 12:48 Sabah rayonlarda yağış yağacaq Bu gün, 12:48 209 nömrəli avtobus yolda tüstü buraxaraq hərəkət edib Bu gün, 12:48 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi Bu gün, 11:48 Bakı-Abşeron qatarları nə vaxt metro tezliyində işləyəcək? - RƏSMİ CAVAB Bu gün, 11:48 Ülvi Mehdiyev: Hazırda 52 ölkə ASAN Xidmət təcrübəsini öyrənir Bu gün, 11:48 Ordubada qar yağıb - Faktiki hava Bu gün, 11:48 Azərbaycan və BƏƏ hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb Bu gün, 11:48 ŞOK HADİSƏ: Ərinin cəsədinin üzərinə soğan əkib yedilər Bu gün, 11:48 Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib Bu gün, 11:48 Bunu edən avtobus sürücüləri işdən qovula bilər - RƏSMİ Bu gün, 11:48 Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür Bu gün, 10:48 Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır Bu gün, 10:48 Masazırda avtomobil piyadanı vuraraq öldürüb Bu gün, 10:48 Pensiya ilə bağlı YENİLİK - Bu şəxslərə aylıq əlavə veriləcək Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR