
Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" kollektivi Asiya Çempionlar Liqasının III turunda qələbə qazanıb.
"Report" xəbər verir ki, Stefano Piolinin rəhbərlik etdiyi komanda doğma meydanda İranın “İstiqlal” klubuna 1:0 hesabı ilə qalib gəlib.
"Əl-Nəsr"in yeganə qolunu 81-ci dəqiqədə Emerik Laport rəqib qapısından keçirib.
Qeyd edək ki, Ronaldu bu görüşdə iştirak edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.