23-10-2024, 11:57 311

Pərviz Şahbazov: “Enerji bazarında sabitlik üçün diversifikasiya zəruridir”

Bazar sabitliyi, etibarlı təchizat və bərpa olunan enerjidə dəyişkənliyin səmərəli idarə edilməsi üçün diversifikasiya vacibdir.

“AVESTA.AZ” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov Çində Kəmər və Yol Enerji Nazirlərinin iclası çərçivəsində keçirilən “İnnovativ texnologiyaların səmərəliliyindən istifadə edərək enerji təhlükəsizliyini gücləndirmək” adlı Forumda enerji təchizatını daha da şaxələndirmək üçün enerji bağlantıları üzrə əməkdaşlıq mövzusunda çıxışı zamanı bildirib.

Çıxışda diversifikasiyanın bərpa olunan enerji mənbələrinə əsaslanan müasir qlobal enerji arxitekturasının da əsas prioritet olduğu vurğulanıb. O bildirib ki, enerji təhlükəsizliyi və şaxələndirmənin sadəcə seçim deyil, vacib zərurət olduğu bir dünyada yaşayırıq.

Qeyd olunub ki, Azərbaycanın təşəbbüsü olan Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələri tarixdə ilk dəfə Xəzər dənizini Aralıq və Adriatik dənizləri ilə birləşdirərək, Avropanın enerji xəritəsini dəyişən, şaxələndirilmiş enerji mənbələri və marşrutlarının unikal modelinə çevrilib: “Şaxələndirilmiş marşrutlar sayəsində Azərbaycan 10 ölkəni qaz, 30-a yaxın ölkəni isə neftlə təchiz edir. Ötən il neft ixracımızın 75 %-i, qaz tədarükümüzün isə 50%-i Avropanın payına düşüb. Azərbaycan beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu sübuta yetirib. İndi isə ölkəmizin enerji təchizatında rolunu “yaşıl enerji” ilə daha da şaxələndirən və genişləndirən strateji əhəmiyyətli gündəlik həyata keçirilir. Türkiyə, Avropa və Mərkəzi Asiya istiqamətlərində “yaşıl enerji dəhliz”lərinin yaradılması bu gündəliyin mühüm prioritetləridir,”- deyə nazir bildirib.

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının ilkin hesabatının COP29 çərçivəsində keçiriləcək “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə Liderlər Sammiti”ndə təqdim ediləcəyi, 2025-ci ildən isə layihənin fəal icra mərhələsinə daxil olacağı bildirilib. “Yaşıl Enerji Zonası” Konsepsiyasının tərkib hissəsi kimi reallaşdırılan və 1 QVt ötürmə gücünə malik “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizinin isə texniki-iqtisadi əsaslandırmasına başlanıldığı, həmçinin COP zamanı “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in imzalanacağı barədə məlumat verilib.

Energetika naziri deyib ki, bu dəhlizlər şəbəkə dayanıqlığının artırılmasında, regionlar arasında daha geniş bərpa olunan enerjinin inteqrasiyasının dəstəklənməsində və balanlaşmanın təmin edilməsində interkonnektorların mühüm rolu ilə bağlı qlobal çağırışlara cavab verən unikal layihələrdir. Təchizatın təhlükəsizliyini gücləndirəcək, eyni zamanda “təmiz enerji”yə keçidi sürətləndirəcək bu “yaşıl enerji dəhliz”ləri “Kəmər və Yol” təşəbbüsünün də enerji təhlükəsizliyi, ekoloji dayanıqlılıq və iqtisadi inkişafla bağlı məqsədlərinə töhfə verəcək.

Həmçinin Azərbaycanın “yaşıl enerji dəhliz”ləri və interkonektorların inkişafını özünün COP29 Sədrliyinin əsas enerji təşəbbüsü kimi elan etdiyi də diqqətə çatdırılıb.

Paylaş

Xəbər lenti

Kürdə suyun səviyyəsi artdı, İmişlinin üç kəndində torpaqlar su altında qaldı Bu gün, 00:48 Söküntü zamanı bəzi evlərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmanın tətbiqi təklif edilir Bu gün, 00:48 Eldar Rəsulov: WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq Dünən, 23:48 WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb Dünən, 23:48 ABŞ Kubada hərbi əməliyyat keçirmək imkanını araşdırır Dünən, 23:48 Qərbi Azərbaycan İcmasında qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans keçirilib Dünən, 23:48 "OPEC+" iyun ayı üçün neft hasilatı kvotasının artırılmasını razılaşdırıb Dünən, 22:48 Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? Dünən, 22:48 İran ABŞ ilə sülh planını Pakistana təqdim edib Dünən, 22:48 Premyer Liqa: "İmişli" "Araz-Naxçıvan"a qalib gəlib Dünən, 21:48 Səfirlik: Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir Dünən, 21:48 Lənkəranda keçirilən WUF13 Festivalı başa çatıb Dünən, 21:48 XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq Dünən, 20:48 "Airblue" Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır Dünən, 20:48 Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir Dünən, 20:48 Nazir: "Sosial rifahın yüksəldilməsi üzrə mühüm nailiyyətlər əldə olunub" Dünən, 19:48 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? Dünən, 19:48 İran ABŞ-ni ölkə daxilində qeyri-sabitlik yaratmağa çalışmaqda günahlandırıb Dünən, 19:48 "Heydər Əliyev kuboku-2026": Azərbaycanın səkkiz boksçusu turnirə qələbə ilə başlayıb Dünən, 19:48 Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI Dünən, 18:48 Premyer Liqa: "Kəpəz" "Sumqayıt"ı məğlub edib Dünən, 18:48 Qidalanma vərdişləri qastrit və xoraya necə təsir edir? Dünən, 18:48 WUF13: Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti mövcuddur Dünən, 18:48 DİN: Axtarışda olan 200 nəfər saxlanılıb Dünən, 18:48 Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır Dünən, 17:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıb Dünən, 17:48 Botaqoz Bermuhambetova: "Qazaxıstan təhsil sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir" Dünən, 17:48 Anasının xəstəliyindən danışan Fatimə ağladı Dünən, 17:48 Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Dünən, 17:48 Sumqayıt-Pirşağı yolunda qəza: Avtomobil ÇUXURA DÜŞDÜ Dünən, 17:48 Qazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb Dünən, 17:48 Tovuzda 73 yaşlı kişi faciəli şəkildə öldü Dünən, 17:48 İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək Dünən, 17:48 "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib Dünən, 17:48 Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Dünən, 16:48 "Formula-1"in sabiq pilotu vəfat etdi Dünən, 16:48 Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edilib Dünən, 16:48 Sülhə doğru növbəti addım Dünən, 16:48 Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldü Dünən, 16:48 Çili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır" Dünən, 16:48 Tanınmış müğənni: "Səhnəyə çıxmasam belə, aylıq gəlirim 200 000-dir" Dünən, 16:48 Biləsuvarın bu kəndində daxili yollar təmir olunacaq Dünən, 16:48 Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır" Dünən, 15:48 Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Dünən, 15:48 Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub Dünən, 15:48 Məşhur aktyor şəhər həyatından imtina edib, kəndə köçdü Dünən, 15:48 Türkiyədə eyni anda 198 nəfər saxlanıldı - ANBAAN GÖRÜNTÜ Dünən, 15:48 Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR