23-10-2024, 11:21 739

Hikmət Hacıyev: Azərbaycanın iqlim gündəmindəki rolu regional sülh təşəbbüsünün bir hissəsidir

Neft dövlətini COP29 üçün uyğun olmayan ev sahibi adlandırmaq riyakarların oyunudur. Azərbaycan BMT-nin iqlim konfransına ev sahibliyi edəcək sayca 28-ci neft və qaz istehsal edən dövlət olacaq.

"AVESTA.AZ" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məktubunda deyilir.

Onun sözlərinə görə, bu siyahıdan çıxan yeganə ölkə İsveçrə olub. Üstəlik, dünyada hər bir dövlət istisnasız olaraq qalıq yanacaq istehlakçısıdır.

“Buna görə də Azərbaycanın qarşısına hansı məqsədlər qoyduğunu və nəyə nail olmağı planlaşdırdığını soruşmaq daha məqsədəuyğun olardı” deyən H.Hacıyev əlavə edib ki, ölkə müraciətinin qəbul olunacağını gözləmirdi – Ermənistanın buna mane olacağına əmin idi.

“Təxminən 30 il ərazimizin beşdə bir hissəsini işğal altında saxlamış qonşu Ermənistan ötən ilin dekabrında iki ölkə arasında davam edən sülh danışıqları çərçivəsində Azərbaycanı COP29-a ev sahibliyi edəcək tərəf kimi dəstəkləməyə razılıq verib”, – prezidentin köməkçisi qeyd edib.

Onun sözlərinə görə, danışıqlar davam edir və mühüm irəliləyiş əldə olunub. Ölkələr arasında sərhədin delimitasiyası üzrə komissiyalar fəal şəkildə işləyir.

“Bir çoxları COP29-dan əvvəl rəsmi sülh sazişinin imzalanmasını istəyir. Lakin Ermənistan Konstitusiyasında hələ də Azərbaycan ərazisinə dair iddialar yer alır. Sülh sazişini hansı sürətlə tamamlaya biləcəyimiz, əsasən Ermənistanın bu məsələdə nə qədər sürətlə irəliləyəcəyindən asılıdır. Bunu ləngimə adlandıran tənqidçilər sual verməlidirlər ki, əgər keçmiş düşmən hələ də onların ərazisinə iddia edirsə, onlar sülh müqaviləsi imzalayarlarmı” deyən H.Hacıyev əlavə edib ki, COP29-dan əvvəl sülh sazişinin imzalanıb-izmzalanmayacağından asılı olmayaraq, bu, sülh COP-u olacaq.

29-cu konfransda qalıq yanacaqdan qlobal keçidi reallığa çevirmək üçün maliyyə hədəfi (Yeni Kollektiv Kəmiyyət Məqsədi) göstəricisinin artırılmasına diqqət yetiriləcək.
Bundan əlavə, Azərbaycan İqlim Fondu yaradıb və digər neft və qaz hasil edən ölkələrin və bu biznesdə iştirak edən şirkətlərin fonda investisiya qoyacağını gözləyir.

“Bu, bir neft və qaz istehsalçısının keçidi necə həyata keçirə biləcəyini nümayiş etdirir. Biz təkcə regionda ən böyük bərpa olunan enerji layihələri həyata keçirmirik, həm də qalıq yanacaq ixracından “yaşıl enerji”nin ixracına keçid edirik. Azərbaycan Aİ ilə tərəfdaşlıqda Xəzər dənizindən külək enerjisinin Avropaya ixracı üçün Qara dənizin dibi ilə elektrik kabeli layihəsi hazırlayır. Xarici enerji bazarlarına istiqamət verən tələbə təsir edə bilməsək də, təklif tərəfini dəyişirik”, - məktubda bildirilib.

Onun sözlərinə görə, Azərbaycan COP-u qəbul edir, çünki ölkə sülh yolundadır. “Biz COP-da qalıq yanacaqdan bərpa olunan enerji mənbələrinə özümüzün də fəal şəkildə həyata keçirdiyimiz ədalətli keçidi maliyyələşdirmək üçün yeni fondların yaradılmasını dəstəkləyəcəyik”, - H.Hacıyev vurğulayıb.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR