
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun subsidiya ödənişinə dair təsdiqlədiyi müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çox olub.
"Report" xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Osman Xaliyev Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
Onun sözlərinə görə, son 1 ildə təsdiqlənmiş müraciətlər üzrə köçürülən vəsaitin məbləği isə 1,5 dəfə artıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.