
Azərbaycan Xarici İşlər Nazirliyi Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasında baş verən terror aktını pisləyib.
“AVESTA.AZ”un məlumatına görə, XİN “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edib:
“Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktını qətiyyətlə pisləyirik! Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”, - paylaşımda deyilir.
Qardaş |də Türk Aviasiya və Kosmik Sənaye Şirkətində () törədilmiş terror aktını qətiyyətlə pisləyirik!
— MFA Azerbaijan (@AzerbaijanMFA)
Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!
Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.