
Laos BRICS-in tamhüquqlu üzvü olmaq istəyir.
"AVESTA.AZ" xəbər verir ki, bunu ölkə Prezidenti Thonqlun Sisulit XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının iclasında çıxışı zamanı deyib.
“Laos Xalq Demokratik Respublikası BRICS-ə üzv olmaqda maraqlıdır. Biz BRICS ilə geniş məsələlər üzrə əməkdaşlığımızı təmin etməyə hazırıq. Sizin dəstəyinizə və Laosun BRICS-in gələcək üzvü kimi qəbul edilməsinə ümid edirik”, - o bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.