25-10-2024, 13:08 339

BRICS-in yüksəlişi və qlobal sistemə təsirləri - ARAŞDIRMA

2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılan BRICS hökumətlərarası qurum kimi bu gün qlobal iqtisadiyyatın və siyasətin transformasiyasında mühüm rol oynayır.

Dünya əhalisinin təxminən 45 %-ni və qlobal iqtisadiyyatın 37,4 %-ni əhatə edən bu qurum inkişaf etməkdə olan iqtisadiyyatlara dəstək kimi ön plana çıxır.

2011-ci ildə Cənubi Afrika Respublikasının (CAR), 2024-cü il yanvarın 1-də isə Misir, İran, BƏƏ və Efiopiyanın birliyə üzv olması ilə BRICS-in əhatəsi genişlənib və beynəlxalq təsir gücü daha da artıb.

BRICS ölkələrinin təməl hədəfi daha ədalətli və balanslaşdırılmış qlobal nizam qurulmasıdır. Bu məqsədə çatmaq üçün quruma üzv ölkələr iqtisadi əməkdaşlığın artırılması, ticarət və maliyyə sahələrində yeni tərəfdaşlıqların inkişaf etdirilməsi, daha müstəqil iqtisadi strukturun yaradılması istiqamətində bir çox təşəbbüslər irəli sürürlər.

BRICS ölkələrinin iqtisadi profili və əməkdaşlıq sahələri

Asiyanın iki nəhəngi Çin və Hindistan BRİKS-in ən böyük iqtisadiyyatına malik ölkələrdəndir. Çin yüksək istehsal gücü, qabaqcıl texnologiyası və innovativ sənaye infrastrukturu ilə qlobal ticarətdə mühüm aktordur. Hindistan isə kənd təsərrüfatı, informasiya texnologiyaları və biotexnologiya sahələrində güclü mövqeyə malikdir. Növbəti beş ildə Hindistanın qlobal iqtisadiyyata töhfəsinin 15 %-ə qədər artacağı gözlənilir.

Növbəti pillədə yer alan, enerji sahəsində ciddi rola malik Rusiya təbii sərvətləri ilə BRICS ölkələri arasında xüsusilə seçilir. Enerji sektoru Rusiya iqtisadiyyatının əsas sütunlarındandır və bu sahədəki xarici ticarət ölkənin qlobal iqtisadiyyatda yerini gücləndirir.

Latın Amerikası və Afrikanın təmsilçiləri olan Braziliya və Cənubi Afrika Respublikası öz regionlarında iqtisadi və mədəni sahədə lider mövqeyindədir. Braziliya kənd təsərrüfatı və sənaye sektorunda, CAR isə mineral ehtiyatlara və qiymətli mədən məhsulları ixracı ilə qlobal bazarda xüsusi yer tutur.

BRICS-in vizyonu və yeni üzvlər

Yaxın keçmişdə 40-dan çox ölkə BRICS-ə qatılmaq istəyini bildirib və bunlardan 22-si rəsmi müraciət edib. Afrika, Yaxın Şərq və Asiya ölkələrinin çoxu BRICS-in təklif etdiyi alternativ inkişaf və əməkdaşlıq modelini cəlbedici hesab edir, bu strukturun bir hissəsi olmaq istəyir. Bu istəyi Qərb mərkəzli qlobal sistemin məhdudlaşdırıcı iqtisadi sanksiyalarına reaksiya kimi də qiymətləndirmək olar. Xüsusilə, inkişaf etməkdə olan ölkələri BRICS-in qərəzsiz əməkdaşlıq modeli və qeyd-şərtsiz yardımı cəlb edir.

Hazırda 13 ölkə - Qazaxıstan, Əlcəzair, Belarus, Türkiyə, Boliviya, Kuba, İndoneziya, Malayziya, Nigeriya, Tailand, Uqanda, Özbəkistan və Vyetnam tərəfdaş statusuna malik olub.

Qeyd edək ki, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamədə Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.

Cənubi Afrika Xarici İşlər Nazirliyinin BRICS-dəki xüsusi nümayəndəsi Anil Sooklal qurumun baxışını “BRICS çoxmədəniyyətli və çoxqütblü dünya nizamı yaratmaq üçün çalışır” bəyanatı ilə ifadə edib. Efiopiya kimi ölkələr BRICS çətiri altında daha güclü iqtisadi və diplomatik əlaqələr qurmaq üçün çalışır.

BRICS iqtisadiyyatında dönüş nöqtəsi: Yeni İnkişaf Bankı və yerli valyutalar

BRICS-in əhəmiyyətli institutlarından biri olan Yeni İnkişaf Bankı (NDB) üzv ölkələrinin infrastruktur layihələrini maliyyələşdirməklə və inkişaf etməkdə olan ölkələrə kreditlər verməklə qlobal iqtisadiyyatın inkişafına töhfə verir. NDB 2014-cü ildə hər BRICS ölkəsi tərəfindən 10 milyard ABŞ dolları sərmayə qoyaraq (cəmi 50 milyard ABŞ dolları) yaradılmış bankdır. Hazırda NDB 16 milyard ABŞ dolları dəyərində istiqraz buraxıb ki, bunun da təqribən 35 %-i Çin valyutası olan yuanladır. Bankın verdiyi kreditlərin də məbləği diqqət çəkir. Belə ki, NDB bu günə qədər 35 milyard ABŞ dolları dəyərində kredit portfeli yaradıb. Bankın dəstək olduğu layihələrə bərpa olunan enerji elektrik stansiyaları, nəqliyyat infrastrukturu və səhiyyə xidmətləri kimi əsas inkişaf sahələri daxildir.

BRICS ölkələri maliyyə müstəqilliyini artırmaq və bununla da dolların dominantlığından uzaqlaşmaq məqsədilə öz ödəniş sistemi olan “BRICS Pay”ı inkişaf etdirir. Rubl SWIFT sistemindən çıxarıldıqdan sonra yerli valyutada maliyyələşmənin təmin edilməsi istiqamətində səylər güclənib. BRICS çərçivəsində bu nisbət 22 %-ə çatıb və 2026-cı ilə qədər 30 %-ə çatdırılması planlaşdırılır.

BRICS tərəfindən qlobal ödəniş sistemlərinə qarşı hazırlanmış layihələr dollar mərkəzli qlobal maliyyə sistemindən asılılığı azaltmaq məqsədi daşıyır. Rusiya Prezidenti BRICS-in öz maliyyə infrastrukturunu yaratmağı nəzərdən keçirdiyini bəyan edib və SWIFT-ə bənzər yeni sistemin yaradılmasını dəstəklədiyini açıqlayıb.

Türkiyə və Azərbaycanın BRICS ilə əməkdaşlıq imkanları

Türkiyə və Azərbaycan BRICS ölkələri ilə əməkdaşlığı dərinləşdirmək istiqamətində addımlayır. Türkiyənin BRICS ilə kənd təsərrüfatı, enerji və sənaye sahələrində əməkdaşlıq imkanları var. Azərbaycan da BRICS ölkələri ilə enerji sektorunda birgə layihələr həyata keçirməklə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm addım ata bilər. BRICS ölkələrinə neft, qaz və kənd təsərrüfatı məhsulları, gələcəkdə isə alternativ enerji ixracı Azərbaycanın yeni bazarlara çıxışına imkan yarada bilər.

Azərbaycan, həmçinin BRICS ölkələri ilə texnologiya transferi, enerji infrastrukturunun modernləşdirilməsi və kənd təsərrüfatı məhsuldarlığının artırılması sahəsində əməkdaşlığı inkişaf etdirməklə qlobal iqtisadiyyatda daha güclü mövqe qazana bilər. Çinin mövcud “Bir kəmər, bir yol” layihəsi regional əlaqələr baxımından Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir ki, bu təşəbbüsdə daha yaxından iştirak üçün də BRICS mühüm rol oynamaq imkanına sahibdir. Həmçinin “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin də BRICS çərçivəsində inkişaf etdirilməsi Azərbaycanın tranzit potensialına əhəmiyyətli töhfə verə bilər.

BRICS-in qlobal təsiri və gələcək perspektivlər

BRICS iqtisadi və siyasi müstəqilliyin tərəfdarı olan ölkələrin əməkdaşlıq mərkəzinə çevrilib. ABŞ-nin dollar əsaslı sanksiyalarına qarşı müstəqil ticarət və maliyyə strukturu təklif edən BRICS inkişaf etməkdə olan ölkələrin iqtisadi gözləntilərini qarşılaya biləcək model təqdim edir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, qarşıdakı illərdə qlobal iqtisadi artımın böyük hissəsi BRICS ölkələri tərəfindən təmin ediləcək. Təkcə Çinin 21,7 % töhfə verəcəyi təxmin edilir ki, bu da bütün G7 ölkələrinin birgə payından çoxdur. Sonrakı yerdə isə Hindistan qərarlaşır və analitiklər 2029-cu ilə qədər ölkənin dünya iqtisadiyyatındakı payının təxminən 15 % artacağını gözləyirlər. Rusiyanın payı 2,1 %, Braziliyanın payı isə 2 % olacaq.

BRICS-in inkişaf prosesi təkcə ticarət və maliyyə müstəqilliyi baxımından deyil, həm də çoxqütblü və multikultural dünya nizamının yaradılması istiqamətində mühüm addımdır. Bu, inkişaf etməkdə olan ölkələrə daha çox iqtisadi çeviklik verəcək və böyük maliyyə institutlarından asılılığı azaldacaq.

Paylaş

Xəbər lenti

Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR