
Bakıda və Abşeron yarımadasında oktyabrın 28-i günün birinci yarısında arabir yağış yağıb.
Bu barədə “AVESTA.AZ”a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Bildirilib ki, yarımadanın bəzi yerlərində leysan xarakterli olub.
Hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun "AVESTA.AZ"a verdiyi məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir.
O qeyd edib ki, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.