
"Sabah"ın əməliyyat olunan futbolçusu İvan Lepinitsa 1 ay yaşıl meydanlardan kənar qalacaq.
Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarımmüdafiəçi qarşıdan gələn "Sumqayıt", "Kəpəz" və "Turan Tovuz"la görüşlərdə meydana çıxmayacaq.
O, Azərbaycan Premyer Liqasının X turunda "Zirə" ilə keçirilən matçda zədələnmişdi.
25 yaşlı oyunçu Xorvatiyanın Zaqreb şəhərində yerləşən klinikalardan birində çiyin oynağının bankart lezionu və çiyin bağlarının yırtığı əməliyyatı olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.