25-09-2022, 17:39 487

“Boston Herald”: Pelosi Amerikanın maraqlarını zərbə altına qoyur

ABŞ-ın aparıcı “Boston Herald” nəşrində “Pelosi Amerikanın maraqlarını zərbə altına qoyur” sərlövhəli məqalə dərc olunub.

“AVESTA.AZ” AZƏRTAC-a istinadən xəbər verir ki, məqalənin müəllifi, “60 Plus” və Amerika Böyük Vətəndaşlar assosiasiyalarının prezidenti, Respublikaçı Milli Komitəsinin keçmiş üzvü və Respublikaçılar Partiyasının Miçiqan təşkilatının sabiq sədri, Litva əsilli amerikalı Saul Anuzis ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana son səfərinə toxunur.

Müəllif qeyd edir ki, qarşıdan gələn seçkilər ərəfəsində Demokratlar səs toplamaq üçün xarici ölkələrdə çalışarkən çıxılmaz vəziyyətə düşürlər. Bu baxımdan ötən həftə Nensi Pelosi NATO-nun sülh naminə tərəfdaşı olan Azərbaycanla Rusiya və İranın müttəfiqi Ermənistan arasında 100 il tarixi olan münaqişəni həll etməyə cəhd göstərdi. Bu ayın əvvəllərində iki ölkə sərhədində hərbi toqquşmalar başlayanda Pelosi elan etdi ki, yüksək səviyyəli səfərə çıxaraq “öz dəstəyi”ni yalnız “haqlı tərəfə” göstərəcək. O, açıq-aşkar Ermənistanı nəzərdə tuturdu. Səbəb isə qarşıdakı seçkilərdir. Çünki Demokratlar divara dirəniblər, Pelosi üçün isə bu səfər spiker vəzifəsində qalmaq üçün son ümiddir. Onun Ermənistana səfəri ölkəsində səsləri öz xeyrinə dəyişmək məqsədi güdürdü. Onun üçün xarici siyasət, ABŞ diplomatiyası və beynəlxalq miqyasda meydana gələcək nəticələr maraqlı deyil.

Saul Anuzis qeyd edib ki, Pensilvaniya, Miçiqan, Ohayo, Viskonsin, Minnesota və Floridada yüz minlərlə erməni əsilli amerikalı yaşayır. Bu insanlar ABŞ-da bütün azlıqlar içərisində ən yüksək səsvermə rekordlarına malikdirlər.

Vətənpərvər, Litva əsilli amerikalı və heç kimi öz doğma vətənini sevdiyinə görə günahlandırmadığını vurğulayan müəllif Nensi Pelosini Amerika qarşısında vəzifələrini, dünyanın mənəvi mövqeyini və strateji maraqlarını açıqcasına satdığına görə ittiham edib. O bildirib: “Biz artıq Pelosinin xarici səfərlərinin hansı ssenari ilə təşkil edildiyini bilirik. Buna görə də bu səfərin necə keçəcəyi təəccüblü deyil. Pelosi onilliklərlə davam edən diplomatik səylərin iflasa uğradığı və münaqişənin başladığı dözülməz vəziyyətlə üzləşmişdi.

Xanım spiker Azərbaycanı son döyüşləri başlatmaqla “qanunsuz” hərəkət etməkdə ittiham etdi və heç bir ABŞ administrasiyasının əməl edə bilməyəcəyi bir vəd verdi: Rusiyanın hərbi müttəfiqinin NATO müttəfiqinə qarşı dəstəklənməsi. Bu, geosiyasi dəlilikdir. Lakin onun dediklərinin yalnız bir məqsədi var idi - seçki kampaniyası”.

Müəllif xatırladıb ki, Pelosinin səfərindən bir neçə gün əvvəl erməni əsilli amerikalıların yaşadığı ərazilərdə olan Demokratlar Azərbaycanı dəstəkdən məhrum etməyi və İrəvan rejimi üçün əlavə vəsait ayırmağı vəd edirdilər. Bu, erməni əsilli amerikalıların səslərini bir qədər artıra bilər. Lakin bu, real dünyada daha böyük əks-səda doğura bilər. Amma açıq-aydın görünür ki, real dünya Demokratların vecinə deyil: onlar real dünyada hazırda Avropanın yeganə həyati enerji xətti olan ABŞ-ın uzunmüddətli və sabit müttəfiqinin üzünə qapıları bağlayırlar.

Saul Anuzis bildirib ki, hazırki gərgin beynəlxalq şəraitdə Xəzər dənizində böyük qaz ehtiyatları olan Azərbaycan Avropaya qaz ixracını 30 faiz artırmağı söz verib. Amma Demokratların hərəkətləri onu deməyə əsas verir ki, səslərin qazanılması qlobal təhlükəsizlikdən və Avropa qitəsində bu qış insanların donaraq ölməsindən daha vacibdir.

Moskva və İrəvanın bir-birinə sıx bağlı olduqlarını söyləyən müəllif qeyd edir ki, Azərbaycan Qərbə həyati enerji xətti təmin etdiyi halda, Ermənistanın bütün enerji sektoru Rusiyanın əlindədir. Ermənistanda Rusiyanın hərbi bazası var. Hətta rusiyalılar onların sərhədlərini, gömrüyünü və dəmir yollarını idarə edirlər. Pelosi məhz belə bir ölkəyə səfər edib.

Azərbaycanı Ermənistanla müqayisə edən S.Anuzis bildirib: “Azərbaycan bir neçə il bundan əvvəl NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub. Ermənistan isə, əksində, fərqli yol seçərək Rusiyanın söz sahibi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulub. Bu təşkilat keçmiş sovet respublikalarının qarşılıqlı özünümüdafiə mexanizmi olan kiçik, lakin təhlükəli qrupudur. Azərbaycanlı əsgərlər Baydenin tələsik çıxıb getdiyi Kabildə ötən il sıranı saxlayaraq Birləşmiş Ştatlara olan sədaqətini sübut etdiyi halda, Ermənistan Qazaxıstana müstəqil düşünən administrasiyanı qorxutmaq missiyası ilə göndərilən KTMT qüvvələrinə qoşulmaq üçün öz hərbçilərini göndərirdi. Bu, Pelosinin bayrağını yellədiyi həmin ölkədir.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR