
Səbail rayonunda qaz xətlərində aşkar olunmuş sızmaların aradan qaldırılması və 3 ədəd siyirtmənin quraşdırılması məqsədilə noyabrın 1-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə "AVESTA.AZ" "Azəriqaz" İB-dən bildirilib.
Təmir işləri aparılan müddətdə Badamdar qəsəbəsində 2-ci massivin tam olaraq, 1 və 3-cü massivlərin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.