
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsi (DRİ) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
“AVESTA.AZ” xəbər verir ki, sorğudada iştirak haqqı 121,54 manatdır.
İddiaçılar təkliflərini noyabrın 25-nə qədər DRİ-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Droqal döngəsi, 702-ci məhəllə ünvanına təqdim edə bilərlər.
Təkliflərə noyabrın 25-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.