
Türkiyə yerləşdiyi regionda sabitliyin qorunması üçün səylə çalışır.
“AVESTA.AZ” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Niğde şəhərində çıxışı zamanı deyib.
O bildirib ki, bəzi qüvvələr Türkiyənin güclənməsindən narahatdır: “Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) hücum da bunu təsdiqlədi”.
Nazir qeyd edib ki, Türkiyə bütün sahələrdə imkanlarını artırmağa, güclənməyə davam edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.