
Gürcüstan Rusiyadan təbii qaz tədarükünü artırıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Statistika xidməti məlumat yayıb.
Belə ki, Gürcüstan 2024-cü ilin ilk üç rübündə Rusiya qazının alışını artıraraq bu dövr üçün rekord məbləğə - 90,1 milyon dollara yüksəldib.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,5% artım deməkdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.