4-11-2024, 19:56 321

Komitə sədri: Azərbaycanda heç zaman milli və dini ayrı-seçkilik səbəbindən münaqişə baş verməyib

Tarixən etnik-dini tolerantlıq məkanı olan Azərbaycanda heç zaman milli və dini ayrı-seçkilik səbəbindən münaqişələr baş verməyib.

"AVESTA.AZ" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Müqəddəs Taxt-Tacın Şərq Kilsələri üzrə Dikasteriyasının Prefekti kardinal Klaudio Qucerotti ilə görüşündə deyib.

Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin uğurlu inkişafına toxunan Komitə sədri ölkəmizin multikultural mühiti haqqında danışıb. O bildirib ki, bu ənənənin qorunub-saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub. Komitə sədrinin sözlərinə görə, bu gün Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir.

Vatikanla ikitərəfli əlaqələrin dərinləşməsində Heydər Əliyev Fondunun xüsusi rolunun olduğunu vurğulayan Ramin Məmmədov qeyd edib ki, Fond nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda müxtəlif maddi-mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirir.

Ramin Məmmədov əlavə edib ki, bu gün Azərbaycan sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir. Dövlət ilə dini icmalar arasındakı münasibətlər dini etiqad azadlığı, sosial ədalət və qarşılıqlı dialoq prinsipləri əsasında qurulub. Bu prinsiplər cəmiyyətin dinc və harmonik mühitdə yaşamasına müsbət təsir göstərir.

Dinlərarası dialoq və əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayan kardinal Klaudio Qucerotti Azərbaycanda dinə hörmət və dövlət qayğısının, eləcə də müxtəlif din mənsublarına münasibətdə dözümlülüyün digər ölkələr üçün nümunə olduğunu bildirib. Qeyd edib ki, harmoniyanın hökm sürdüyü mühit dini icmalar arasında anlayış və əməkdaşlığı gücləndirmək üçün böyük imkanlar yaradır. O, Azərbaycanda bütün dini icmalara, o cümlədən katolik icmasına göstərilən diqqətin, kilsə və məbədlərin bərpası istiqamətində görülən işlərin yüksək qiymətləndirildiyini vurğulayıb.

Klaudio Qucerotti Azərbaycanın dini tolerantlıq sahəsindəki uğurlarını alqışlayaraq, birgə layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. COP29 ərəfəsində “Dünya dinləri yaşıl planet naminə” şüarı altında keçiriləcək Dini Liderlərin Qlobal Sammitinin ekoloji böhranlarla mübarizədə din xadimlərinin rolunun artırılması işinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Paylaş

Xəbər lenti

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub Bu gün, 00:48 Hindistanda turist qayığı qəzaya uğrayıb: Ölən və yaralananlar var Bu gün, 00:48 İnfantino İran yığmasının DÇ-2026-da iştirakını təsdiqləyib Bu gün, 00:48 Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA Bu gün, 00:48 Səyahət planlaşdırmaq çətinləşir: Tur paketi alanlardan niyə əlavə ödəniş istənilir? Dünən, 23:48 Hindistanda kater qəzaya uğrayıb, ölənlər var Dünən, 23:48 Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb Dünən, 23:48 "Time" jurnalı 2026-cı ilin ən nüfuzlu şirkətlərinin siyahısını tərtib edib Dünən, 23:48 Prezident: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər Dünən, 23:48 ABŞ-də benzin qiymətləri son 4 ilin maksimumuna çatıb Dünən, 22:48 Nobel Sülh Mükafatına Trampın namizədliyi irəli sürülə bilər Dünən, 22:48 Ronaldu karyerasını başa çatdırmasından danışdı Dünən, 22:48 Bakıda evinin kvadratı az olan vətəndaşlara SEVİNDİRİCİ XƏBƏR Dünən, 22:48 Premyer Liqa: "Neftçi" "Qarabağ"ı məğlub edib, "Sabah" çempionluğunu rəsmiləşdirib Dünən, 22:48 Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır Dünən, 22:48 Vüqar Rəhimzadə: Okamponun ifşası və ya Avropa strukturlarında kök salan korrupsiya... Dünən, 22:48 Saar "Sumud" donanması gəmilərinin saxlanılması barədə: Qəzzanın dəniz blokadasının yarılmasına imkan verməyəcəyik Dünən, 21:48 Paytaxt Bakıdan başqa şəhərə köçürüləcək? - VACİB AÇIQLAMA Dünən, 21:48 Maliyyə Nazirliyində AYİB ilə əməkdaşlığın perspektivləri müzakirə olunub Dünən, 21:48 Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq Dünən, 21:48 Dizel mühərrikli avtomobillər qadağan edilir? Dünən, 21:48 "Neftçi" Vensan Abubakarla yolları niyə ayırmaq istəyir? Dünən, 20:48 Türkiyə XİN: "Qlobal Sumud Donanması"na hücum dəniz quldurluğu aktıdır Dünən, 20:48 Azərbaycanda maaşlarda artımlarla bağlı ŞAD XƏBƏR Dünən, 20:48 Ermənistan məhkəməsi Samvel Karapetyan barəsində ev dustaqlığını qüvvədə saxlayıb Dünən, 20:48 Dağıstan rəhbəri Sergey Melikov vəzifəsini tərk edir Dünən, 20:48 Media nümayəndələri üçün "WUF13 Media Kit" hazırlanıb Dünən, 20:48 "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir Dünən, 19:48 Balakən sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 19:48 Tramp yenidən Mertsi tənqid edib: O, tamamilə faydasız oldu Dünən, 19:48 Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlanıb Dünən, 19:48 Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır Dünən, 18:48 Bu qida allergiya riskini azaldır Dünən, 18:48 Sumqayıt sakinlərinin NƏZƏRİNƏ - Sabah gün ərzində... Dünən, 18:48 "Quşçuluq biznesi"ndə tanışlarına kələk gələn şəxsə hökm oxundu Dünən, 18:48 Bu rayonda 1, 2 və 3 otaqlı mənzillər pulsuz veriləcək Dünən, 18:48 Qazaxda 10 mindən çox şəxs qazsız qalacaq Dünən, 18:48 Rusiya Ermənistan istehsalı olan "Cermuk" suyunun satışını bir daha blokladı Dünən, 18:48 "Prezident Kuboku 2026": İkinci yarış gününün qalibləri mükafatlandırılıb Dünən, 17:48 Mehdiabaddan Biləcəriyədək arxa-arxaya sürdü Dünən, 17:48 Əməkdar artistin səhhətində problem yaranıb: "İnsult keçirdim, 2 dəfə onurğadan əməliyyat olundum" Dünən, 17:48 Çörək bahalaşacaq? - Agentlik RƏSMƏN açıqladı Dünən, 17:48 Polisin saxladığı makler 4 aylıq - Həbs edildi Dünən, 17:48 Şarliz Teronun radikal qərarı hamını təəccübləndirdi Dünən, 17:48 Küçə rəssamı Benksinin imzası olan heykəl tapıldı Dünən, 17:48 Karyerasını tez bitirən TÜRKİYƏLİ MƏŞHURLAR - SİYAHI Dünən, 17:48 Sabunçudakı dəhşətli qətlin təfərrüatı: "Ağac əkərkən beli azca o yana vursaydım, oğlumun meyitini tapardım" Dünən, 17:48 Övladlığa götürülən və himayədar ailələrə verilən uşaqların sayı AÇIQLANDI Dünən, 16:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR