4-11-2024, 20:20 571

Vatikan rəsmisi ilə Heydər Əliyev Fondunda görüş keçirilib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Müqəddəs Taxt-Tacın Şərq kilsələri üzrə dikasteriyasının prefekti kardinal Klaudio Qucerotti ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan və Vatikan arasında mövcud əlaqələr, Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində layihələr müzakirə olunub.

Klaudio Qucerotti Heydər Əliyev Fondunun Vatikandakı layihələrini yüksək qiymətləndirib və daimi dəstəyə görə Fondun prezidenti Mehriban Əliyevaya Roma Papası Fransiskin xüsusi minnətdarlığını çatdırıb.

Görüşdə Heydər Əliyev Fondunun Vatikanda katakombaların bərpası, Vatikan muzeyi və Apostol kitabxanası ilə sıx əməkdaşlığı, arxiv əlyazmalarının rəqəmsallaşdırılması, Vatikan arxeoloqlarının Azərbaycana tarixi və dini abidələrin bərpası məqsədilə tanışlıq səfəri və təcrübə mübadiləsi xüsusi qeyd olunub, gələcəkdə yeni layihələrin icrasının vacibliyi vurğulanıb.

Kardinal Qucerotti bu tədbirləri yüksək qiymətləndirərək Azərbaycan hökuməti və Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda yeni katolik kilsəsinin tikintisinin ölkəmizin multikultural siyasətinin bariz nümunəsi olduğunu bildirib.

Qonaq dünyada dini zəmində baş verən münaqişələrin genişlənməsi fonunda Azərbaycan hökumətinin həyata keçirdiyi multikulturalizm siyasəti, ölkədə müxtəlif dinlərin sülh şəraitində yaşaması, dini etiqad azadlığının sülhə ən böyük töhfə olduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti Mehriban Əliyevanın Vatikanla münasibətlərə hər zaman xüsusi önəm verdiyini deyib və gələcəkdə də bu əməkdaşlığın inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Vatikan şəhər dövləti üzrə qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında həyata keçiriləcək bərpa işləri ilə bağlı imzalanmış əməkdaşlıq müqaviləsi tərəflər arasındakı sıx əməkdaşlığın göstəricisi kimi qeyd olunub.

Müqəddəs Taxt-Tacın nümayəndəsi Heydər Əliyev Fondu ilə gələcək layihələr sırasında Vatikanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi, sərgi və konsert proqramının təşkil edilməsi və müxtəlif sahələrdə mütəxəssislər arasında qarşılıqlı mübadilə aparılması təklifini də irəli sürüb.

Görüş zamanı Klaudio Qucerottiyə noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri barədə də məlumat verilib. Qonaq COP29 ərəfəsində “Dünya dinləri yaşıl planet naminə” devizi altında keçiriləcək Dini Liderlərin Qlobal Sammitinin dinlərarası münasibətlərin daha da inkişafına və beynəlxalq konfransın uğuruna töhfə verəcəyinə əminliyini bildirib.

Paylaş

Xəbər lenti

Bakıda kafedə kütləvi dava ilə bağlı saxlanılan şəxslər həbs olunublar Bu gün, 20:48 Türkiyə ilə Ermənistan sərhədindəki tarixi Ani körpüsünün bərpası üzrə tender başa çatıb Bu gün, 20:48 Azərbaycan Premyer Liqası: "Sabah" "Qarabağ"la heç-heçə edi Bu gün, 20:48 Deputat oğlunun işi üzrə hakimlərin etirazının səbəbi açıqlandı Bu gün, 20:48 Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib Bu gün, 19:48 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir Bu gün, 19:48 Pirşağıda suiti cəsədləri aşkarlanıb Bu gün, 19:48 Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub Bu gün, 19:48 Əməkdar artist Xalidə Gözəl vəfat etdi Bu gün, 18:48 Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu Bu gün, 18:48 "44" bədii filminin sonuncu tizeri yayımlanıb Bu gün, 18:48 Eldəniz Əzizli beşqat dünya çempionu olub Bu gün, 18:48 AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib Bu gün, 17:48 Deputat Arzuxan Əlizadənin qətldə şübhəli bilinən oğlu Əhməd məhkəməyə gətirildi Bu gün, 17:48 Sumqayıtda beş avtomobil toqquşub Bu gün, 17:48 Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb Bu gün, 17:48 Britaniyada "Boelo" fırtınası 57 mindən çox evi işıqsız qoyub Bu gün, 17:48 Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağıb Bu gün, 16:48 Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər? Bu gün, 16:48 Səudiyyə Ərəbistanında beynəlxalq uçuşlar bərpa olunub Bu gün, 16:48 Aytən Səfərova: "Səhər bunu yeyəndə efirdə yuxum gəlir" Bu gün, 15:48 Zelenski: Rusiya hücumları Ukraynanın 9 bölgəsində infrastruktura zərər vurub Bu gün, 15:48 Azərbaycanlı futbolçu İspaniya klubu ilə 3 illik müqavilə imzaladı Bu gün, 15:48 Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı Bu gün, 14:48 Sürücülərə XƏBƏRDARLIQ - Görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 14:48 "Qalatasaray"ın derbi motivasiyası: Qələbəyə görə 1,5 milyon avro MÜKAFAT Bu gün, 14:48 Günel Zeynalova: "Anamla atam ailə qurmağımı istəyir" Bu gün, 13:49 Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir Bu gün, 13:48 "Sabah" "Qarabağ"ı qəbul edəcək Bu gün, 13:48 İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqladı Bu gün, 13:48 Xəzər dənizi geri çəkilir: Dağıstanın quru ərazisi 3 min kvadratkilometr artıb Bu gün, 13:48 Güləşçilərimiz dünya çempionatında 1/4 finala yüksəliblər Bu gün, 12:48 Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Bakıda aksiya keçiriblər Bu gün, 12:48 Azərbaycanda universitet müəllimi VƏFAT ETDİ Bu gün, 12:48 Reper Navai saxlanıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı Bu gün, 12:48 Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib Bu gün, 11:48 Rəsmi Bakı: Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir Bu gün, 11:48 Murad Əhmədiyev və Sərxan Məmmədovdan dünya çempionatına inamlı start Bu gün, 11:48 Azərbaycanın bir sıra rayonlarına qar yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 Naxçıvanda ağır qəza: 6 nəfər xəsarət alıb Bu gün, 11:48 "Anamla atam ailə qurmağımı istəyir" Bu gün, 11:48 Bu gün Azərbaycan millisi növbəti 2 matçını keçirəcək Bu gün, 10:48 Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb Bu gün, 10:48 "Turandot" – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera Bu gün, 10:48 Azərbaycan güləşçiləri bu gün dünya çempionatında mübarizə aparacaq Bu gün, 10:48 Unudulmaz sənətkar Müslüm Maqomayevin vəfatından 18 il ötür Bu gün, 10:48 Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb Bu gün, 09:49 Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR