6-11-2024, 18:22 395

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri İlahiyyat İnstitutunu ziyarət edib

COP29 çərçivəsində Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş, Türkiyədən olan nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət ediblər.

Bu barədə "Report"a Aİİ-dən məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisəsinin tələbə və müəllim kollektivi ilə görüşdə, həmçinin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı və dini işlər üzrə müşaviri İhsan Açık da iştirak ediblər.

Aİİ rektoru, dosent Aqil Şirinov açılış nitqi ilə çıxış edib, qonaqları İnstitutda görməkdən məmnun olduğunu bildirib, ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin qədim tarixə söykəndiyini və hər hansı mənfəət üzərində qurulmadığını diqqətə çatdırıb.

Rektor “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda keçirilən Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin ölkəmizdə təşkil olunmasının əhəmiyyətini diqqətə çatdırıb. Sammit çərçivəsində dini liderlərin İlahiyyat İnstitutunda tələbələrlə görüşünün təqdirəlayiq hadisə olduğunu xüsusilə vurğulayıb.

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş çıxış edərək, hər kəsi qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, 44 günlük Vətən müharibəsi dövründə şəhid olanlara Allahdan rəhmət, qazilərə isə şəfa diləyib. O bildirib ki, 30 illik işğaldan sonra, nəhayət, Azərbaycan ədaləti bərpa edib, doğma torpaqlarına qovuşdu.

Tələbələrə elmə yiyələnmək yolunda öz tövsiyələrini verən Ali Erbaş Qurani-Kərimin elmlə bağlı enən ayələrindən nümunələr gətirib, gənclərə xurafatdan, cahillikdən uzaq, cəmiyyətimizə layiqli fərdlər şəklində yetişmələrini tövsiyə edib.

Görüşün sonunda Kocaeli Universiteti İlahiyyat fakültəsinin dekanı, professor Abdullah Kahraman çıxış edərək, hazırda Azərbaycanda olduğu üçün məmnunluğunu ifadə edib, tələbələrə öz tövsiyələrini çatdırıb.

Paylaş

Xəbər lenti

Hər şeyi özünə dərd edən bürclər: Onlar hadisələri çox düşünür Bu gün, 00:48 Alimlərdən yeni kəşf: Beyin məşqlə eyni anda iki işi görə bilir Dünən, 23:48 Nolo qasırğası yenidən güclənərək 3-cü kateqoriyaya çatdı Dünən, 23:48 Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi Dünən, 23:48 Rusiya Müdafiə Nazirliyi: Qara dənizdə iki quru yük gəmisi vurulub Dünən, 22:48 Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı Dünən, 22:48 Girnə sahillərində batan gəmidə daha bir şəxsin meyiti tapılıb Dünən, 22:48 Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş Dünən, 21:48 Payızda immuniteti necə gücləndirmək olar? Dünən, 21:48 Messinin Argentina millisində son oyunu bəlli oldu Dünən, 21:48 Ayxan Abbasov: "Litva ilə oyunda futbolçular bacardıqlarından daha yaxşı çıxış etdilər" Dünən, 20:48 Norveç sahillərində üç gəmi toqquşdu Dünən, 20:48 Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto Dünən, 20:48 Məkkə sazişi çərçivəsində komitənin növbəti iclası keçiriləcək Dünən, 20:48 Azərbaycanda milyardlarla manatlıq iqtisadi hədəflər müəyyənləşdirildi Dünən, 19:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub Dünən, 19:48 Gəncədə dönər yeyən iki nəfər xəstəxanalıq oldu Dünən, 19:48 Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb Dünən, 19:48 Almaniyadan Ukraynaya 1,3 milyard avroluq yeni yardım paketi Dünən, 18:48 Tramp ABŞ-də Superkəşfiyyat Qüvvələrinin yaradıldığını açıqladı Dünən, 18:48 UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçında ikinci hissə başlayıb Dünən, 18:48 Husilər Səudiyyə Ərəbistanındakı "Saudi Aramco" obyektlərinə zərbə endirdiklərini iddia ediblər Dünən, 18:48 Şəhid anasının xatirəsi: "Oğluma dedim ki, əsir düşməmək üçün özünü vur" Dünən, 17:48 Sabah hava meteohəssas insanlara necə təsir edəcək? Dünən, 17:48 Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı Dünən, 17:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi Litva ilə matçda hesabı açıb Dünən, 17:48 Qubada avtomobilin vurduğu məktəbli xəstəxanada öldü Dünən, 17:48 Trampdan hər bir ABŞ vətəndaşına 5 min dollarlıq ödəniş vədi Dünən, 16:48 Əhməd Yusifov dünya çempionatında finala vəsiqə qazanıb Dünən, 16:48 Türkiyədə 4,8 maqnitudalı zəlzələ baş verib Dünən, 16:48 Vətən müharibəsi iştirakçısına vəzifə verildi Dünən, 16:48 Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməli - Foto Dünən, 15:48 Kərim Abbasov üzr istədi Dünən, 15:48 Ferhat Gündoğdunun həbsinin DETALLARI Dünən, 14:48 Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov ikinci qələbəsini qazanıb Dünən, 14:48 Məkkə sazişinə qoşulanların sayı arta bilər Dünən, 14:48 Cəbrayıla qayıdan sakinlərdən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Dünən, 13:48 Qubada yol tamamilə çökdü Dünən, 13:48 Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı Dünən, 13:48 Ciqan valideynlikdən məhrum oluna bilər Dünən, 13:48 Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev 1/8 finala vəsiqə qazanıb Dünən, 13:48 Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb Dünən, 12:48 Cəbrayıla qayıdan sakinlərindən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Dünən, 12:48 Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq? Dünən, 12:48 Bakıda ev tikintisi faciə ilə nəticələndi Dünən, 12:48 Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq Dünən, 12:48 "Bakıda bir ağac yetişdirmək uşaq böyütməkdən çətindir" - Paytaxtın yaşıllıq planı Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR