7-11-2024, 15:34 678

AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Zəfər Günü münasibətilə tədbir keçirib.

AHİK-in “Abşeron” sanatoriyasında təşkil olunan bayram tədbirində Konfederasiyanın rəhbərliyi və kollektivi, üzv və tabe təşkilatların nümayəndələri, həmçinin şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.

Əvvəlcə tədbirdə Dövlət Himni səsləndirilib. Daha sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan AHİK sədri Sahib Məmmədov Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söz açıb, parlaq Zəfərin əhəmiyyətindən danışıb. O, bildirib ki, “Dəmir yumruq” əməliyyatında qəhrəman Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə işğala son qoyub, Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başqa yolu qalmayıb.

Sədr qeyd edib ki, Ordumuzun keçdiyi 44 günlük döyüş yolunun hər bir səhifəsi əsl qəhrəmanlıq dastanıdır və əsgərlərimizin yüksək döyüş ruhu, vətənpərvərlik hissi, əzmkarlığı dillər əzbəridir. Onun sözlərinə görə, 2023-cü ildə bir günlük antiterror tədbiri Ordumuzun artan gücünü, qüdrətini bir daha nümayiş etdirib və bütün ölkə ərazisində dövlətimizin suverenliyi tam təmin edilib.

Hazırda Şərqi Zəngəzur və Qarabağda aparılan abadlıq-quruculuq işlərindən danışan Konfederasiya sədri bütün bunları Azərbaycan yalnız öz maddi imkanları hesabına həyata keçirdiyini deyib. O həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun işğaldan azad edilmiş ərazilərdə gördüyü işləri, o cümlədən dini irsimizin, mədəniyyət abidələrimizin bərpası istiqamətində atılan addımları qeyd edib və əlavə edib ki, bu nəcib missiya Mehriban xanım Əliyevanın Vətənə olan sonsuz sevgisinin təzahürüdür.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, AHİK-in baş mütəxəssisi Aqşin Əliyev bildirib ki, 2003-cü ildə keçirilən prezident seçkilərində səsini cənab İlham Əliyevə verən xalq seçimində yanılmayacağını bilirdi, müasir və müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri məhz layiqli varisinin yerinə yetirəcəyinə əmin idi. O, vurğulayıb ki, dövlət başçısının apardığı uzaqgörən siyasət nəticəsində gündən-günə güclənən Azərbaycan Ordusu, mərd əsgər və zabitlərimiz əsil qəhrəmanlıq dastanı yazıb. 2023-cü ildə isə Ağdərə, Xocalı, Xankəndidə bayrağımızın ucaldılması Qarabağ salnaməsinin zirvə nöqtəsi olub.

Sonra çıxış edən AHİK-in şöbə müdirinin müavini, Vətən müharibəsinin iştirakçısı, zabit Ruslan Bağırov qeyd edib ki, Azərbaycan möhtəşəm Zəfəri ilə təkcə döyüş meydanında deyil, həm də beynəlxalq diplomatiyada da öz sözünü deməyi bacarıb. O, bildirib ki, dövlətimizin başçısı məşhur telekanallara, xəbər agentliklərinə verdiyi müsahibələrində Azərbaycanın ədalətli mövqeyini ortaya qoyub.

Çıxışlardan sonra Bakı Media Mərkəzinin hazırladığı “Zəfər Meydanı” filmi nümayiş etdirilib.

Tədbir bədii hissə ilə davam edib. Əməkdar artist Gülüstan Əliyeva, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım-Nicat və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin və Azərbaycan Muğam Mərkəzinin solisti Mirələm Mirələmovun ifasında vətənpərvər ruhda mahnılar səsləndirilib. Bədii qiraət ustası, professor Ağalar Bayramov isə qələbə ruhlu şeirlər oxuyub.

Paylaş

Xəbər lenti

Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR