8-11-2024, 18:26 198

8 Noyabr - Zəfər Günü Koreyada təntənəli şəkildə qeyd olunub

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Seul şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov 8 Noyabr - Zəfər Gününün Azərbaycanın müasir tarixindəki yerindən bəhs edib. Bildirib ki, Azərbaycan xalqına qarşı 30 il davam edən, dünya birliyinin də göz yumduğu tarixi ədalətsizliyə məhz Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı şanlı qələbə ilə son qoyulub. Qazanılan zəfərin Ermənistanın işğal etdiyi və viran qoyduğu Azərbaycan torpaqlarının azad edilməsi ilə yanaşı, azərbaycanlı məcburi köçkünlərin hüquqlarının bərpası baxımından da böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Ramin Həsənov bildirib ki, bu qələbəni Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti, torpaqlarının işğalı ilə heç vaxt barışmayan Azərbaycan xalqının mübarizə ruhu və milli birliyi təmin edib. O, torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib və qazilərimizə şəfa diləyib.

Başa çatmış münaqişənin xalqımıza vurduğu dərin yaralar hələ sağalmasa da, ölkəmizin Ermənistanla sülh şəraitində yaşamağa hazır olduğunu diqqətə çatdıran səfir məhz Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq təşəbbüsü ilə çıxış etdiyini bildirib. Həmçinin, sülh danışıqlarının gedişatı, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə əldə olunan praktik nəticələr və sülh gündəliyimizin digər məsələləri barədə məlumat verib. Vurğulayıb ki, Ermənistan Azərbaycanla sülh üçün səmimi addımlar atarsa, regionda davamlı sülhə nail olmaq mümkündür.

Ramin Həsənov, eləcə də, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa işləri, humanitar mina problemi, eləcə də digər çağırış və çətinliklərdən bəhs edib. Bundan əlavə, ölkəmizin regional əməkdaşlığın gücləndirilməsi istiqamətində göstərdiyi fəaliyyət, qlobal aləmdə yürütdüyü fəal diplomatiya, o cümlədən yaxınlarda COP29 tədbirinə evsahibliyi edəcəyini qeyd edib.

Daha sonra qonaqlara ziyafət verilib. Koreyalı caz ustalarının ifasında dünya və Azərbaycan musiqisindən nümunələr səsləndirilib.Tədbir çərçivəsində Zəfər Gününü əks etdirən foto-şəkillər nümayiş etdirilib və Azərbaycana dair müxtəlif çap materialları tədbir iştirakçılarının ixtiyarına verilib.

Tədbirdə Koreyada akkreditə olunmuş səfirlər, bu ölkənin siyasi, iqtisadi, elmi, mədəni dairələrinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Paylaş

Xəbər lenti

Ukrayna qaz anbarında Avropa üçün Azərbaycanın təbii qazının saxlanmasını təklif edir Bu gün, 00:48 Polad Həşimovun şəhid olmasının ildönümüdür Bu gün, 00:48 Bu gün Milli Qəhrəman İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür Bu gün, 00:48 İspaniyada miqrant hücumu iğtişaşlara səbəb olub Dünən, 23:48 Xocalının bu kəndlərinə ilk köç olacaq Dünən, 23:48 Qətər İsrailin Qəzzadan çıxarılma planını hazırlayıb Dünən, 22:48 İraqda PKK-nın 11 düşərgəsinin ləğv edilməsi planlaşdırılır Dünən, 22:48 Avropa çempionatında 13 medal - Gənc güləşçilərimizdən möhtəşəm nəticələr Dünən, 22:48 Əhd elədi, xaricdən qayıdıb Bakıdan Laçına piyada getdi Dünən, 21:48 Xaçmazda tövlə və minə yaxın ot bağlaması yanıb Dünən, 21:48 İranın XİN rəhbəri Çinə gedəcək Dünən, 21:48 İtaliyanın hakim koalisiyası Ursula Fon der Lyayeni sərt tənqid edib Dünən, 21:48 Göygöldə minik avtomobili yanıb Dünən, 20:48 Şəxsiyyət vəsiqəsi ilə bağlı mühüm YENİLİK - Bundan sonra... Dünən, 20:48 İlham Əliyevin Əbu-Dabi səfərindən diqqətçəkən məqamlar Dünən, 20:48 Bakıda ağır qəza: "Toyota Camry" yol kənarındakı beton hasara çırpılıb Dünən, 20:48 Bakının mərkəzində sıxlıq sürücüləri qaydaları pozmağa məcbur edir - SƏBƏB Dünən, 19:48 Azərbaycan Rusiyadan şokolad idxal edən ölkələr arasında ikinci yerdədir Dünən, 19:48 Yatırım üçün əlverişli ölkə: Türkiyədən ev alan Azərbaycan vətəndaşlarının sayı artır Dünən, 19:48 Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA Dünən, 19:48 Yazdığı rəylə aylardır axtarılan qadın tapıldı Dünən, 18:48 Qızının atası Təranə ilə bağlı şikayətini geri götürüb Dünən, 18:48 Rusiyanın 45 milyon dollarlıq HHM kompleksi məhv edildi Dünən, 18:48 Naxçıvanda qohumunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb Dünən, 18:48 Rusiyada Azərbaycan əsilli polis rəisi HƏBS OLUNDU Dünən, 17:48 Qazaxda əkin sahəsində kişi meyiti tapılıb Dünən, 17:48 Salyanda avtomobil su kanalına aşıb, üç nəfər ölüb Dünən, 17:48 Bakı-Tbilisi uçuşunda dəyişiklik edilib? - AZAL-dan AÇIQLAMA Dünən, 17:48 KİV: Bakıda Suriya və İsrailin rəsmi şəxsləri arasında görüş keçirilib Dünən, 16:48 Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu həlak olub Dünən, 16:48 İstilərlə bağlı XƏBƏRDARLIQ: Açıq havada qalmayın Dünən, 16:48 Manaf Ağayev özünə qadağa qoyub Dünən, 16:48 Sabirabadda traktor yanıb Dünən, 16:48 Azərbaycana gələn turistlər niyə hotellərə deyil, kənd evlərinə üz tutur? Dünən, 16:48 DİM: Bu gün saat 15:00-da imtahanın düzgün cavabları açıqlanacaq Dünən, 15:48 İmtahanda 6 nəfərdə mobil telefon aşkarlanıb Dünən, 15:48 UTX polkovnikini qətlə yetirən Rusiya agentləri zərərsizləşdirildi Dünən, 15:48 Ən çox isti bu ərazilərdə qeydə alınıb Dünən, 15:48 Türkiyədə məşhur şəxsi aldadaraq 12 milyonunu əlindən aldılar Dünən, 14:48 Sabah çimərliyə getmək istəyənlərin nəzərinə Dünən, 14:48 Ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib Dünən, 14:48 DİN: İstirahət zonalarına əlavə polis əməkdaşları cəlb edilib Dünən, 14:48 Aeroport yolunda qəza olub, tıxac yaranıb Dünən, 13:48 Sarayda sexdə YANĞIN Dünən, 13:48 Məsud Pezeşkian İsrailin hava zərbəsində yaralanıbmış Dünən, 13:48 "Kral klubu" üç futbolçunu göndərmək istəyir Dünən, 13:48 Sumqayıtda güllələnm: Bir nəfər ölüb Dünən, 13:48 Tovuza qonaq gələn şəxsin "Mercedes"i yandı Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR