12-11-2024, 11:28 368

Nazir: “Yaşıl enerji”yə keçid üçün enerji səmərəliliyinə investisiyaları 7 dəfə artırmaq lazımdır”

Ötən il dünyada 473 QVt yeni bərpa olunan enerji güclərinin quraşdırılması və 570 milyard ABŞ dolları investisiya yatırılması kimi rekord nəticələrə baxmayaraq, “yaşıl enerji”yə keçid üçün bu göstəriciləri təxminən iki dəfədən çox, enerji səmərəliliyinə investisiyaları isə 7 dəfə artırmaq lazımdır.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" tədbirində çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, təxminən bir il əvvəl COP28-də dünya ölkələrinin böyük əksəriyyətinin 2030-cu ilə qədər enerji keçidinin əsas sütunları olan bərpa olunan enerji və enerji səmərəliliyinə dair kollektiv öhdəliyə qoşulması və ədalətli keçid üzrə konsensus əldə etməsi qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq məqsədilə iqlim dəyişikliyinə qarşı mübarizədə, eyni zamanda qlobal enerji sistemlərinin transformasiyasında mühüm dönüş nöqtəsi olub.

“COP29 isə bu vədlərin icrasına və irəliləyişinə təkan verən, sürətli enerji keçidi qarşısında duran maneləri aradan qaldırmağa yönələn qlobal səylərin yeni hərəkətverici qüvvəsidir. İddialı maliyyə hədəfi, yenilənmiş və gücləndirilmiş Milli Töhfələr (NDC) və enerji təşəbbüsləri üzrə kollektiv razılığa nail olmaqla, COP29 bərpa olunan enerji üzrə üçqat, enerji səmərəliliyində isə ikiqat artım hədəflərinə çatmaq üçün unikal fürsət yaradır. Böyük bir regionda ilk dəfə Azərbaycanın ev sahibliyi etdiyi COP29 platforması bu qlobal tədbir bərpa olunan enerjinin üçqat, enerji səmərəliliyinin ikiqat artırılması məqsədlərinə doğru irəlilədiyimiz mühüm bir mərhələni təmsil edir", - P. Şahbazov qeyd edib.

O əlavə edib ki, Qlobal Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi Vədi çərçivəsində Avropa Komissiyası, COP28, Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə tərəfdaşlıq "yaşıl enerji"nin inkişafı və dayanıqlılığına, həmçinin daha parlaq və səmərəli gələcəyə doğru yönəldən beynəlxalq səylərə davamlı sadiqliyin əyani təzahürüdür.

P. Şahbazov deyib ki, IEA və IRENA-nın təhlillərinə görə, bərpa olunan enerjinin 11 000 QVt istehsal gücünə və qlobal enerji səmərəliliyinin illik artım tempinin 4 %-dən yüksək səviyyəyə çatdırılması üçün əhəmiyyətli və əlçatan investisiyalara ehtiyac var.

Nazir bildirib ki, investisiyalar şəbəkələrin modernləşdirilməsi və genişləndirilməsi, enerji saxlama imkanlarının artırılması, enerji səmərəliliyi tədbirlərinin gücləndirilməsi üçün vacibdir: “Bu isə enerji keçidinə 2030-cu ilədək ümumilikdə 31,5 trilyon ABŞ dolları sərmayə cəlbini zəruri edir. Hazırda mövcud olan bütün milli ambisiyalar tam şəkildə həyata keçirilsə belə, 2030-cu ilə olan hədəflərimizə çatmaqdan 30 % geri qalacağıq. Bu, bizim üçün önəmli bir xəbərdarlıqdır - enerji keçidini sürətləndirmək üçün qlobal səylərimizi gücləndirməli və ambisiyalarımızı daha da artırmalıyıq. Odur ki, COP29 sədrliyinin maliyyə ilə yanaşı, “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi”, “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” və “Hidrogen Bəyannaməsi” təşəbbüslərinin dəstəklənməsi kritik əhəmiyyət kəsb edir".

P. Şahbazov hesab edir ki, Azərbaycanın Qarabağ-Şərqi Zəngəzur və Naxçıvan "yaşıl enerji zonaları", müxtəlif regionlar, istehsal-istehlak mərkəzləri arasında elektrik enerjisi əlaqələrinin qurulması təcrübəsinin geniş arealda tətbqi, həmçinin qlobal enerjinin saxlanılması potensialının altı dəfə artırılaraq 2030-cu ilə qədər 1 500 QVt-a çatdırılması, 2040-cı ilə kimi enerji sisteminə ümumilikdə 80 milyon kilometrdən çox elektrik şəbəkəsinin əlavə edilməsi və ya təkmilləşdirilməsi məhz Qlobal Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi Vədinin uğurunu təmin edəcək həllərdir.

Paylaş

Xəbər lenti

Qarabağda "Yüksəliş" müsabiqəsi qaliblərinin forumu keçiriləcək Bu gün, 14:48 Vyetnamın vitse-prezidenti Azərbaycana səfərə gəlib Bu gün, 14:48 Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab Bu gün, 14:48 "Qarabağ"ın məşqçisi cərimələndi: Təhqir iddiasına klubdan reaksiya Bu gün, 14:48 Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib Bu gün, 14:48 Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək Bu gün, 14:48 Suriya 2014-cü ildən bəri ilk dəfə 42 kimyəvi bombanı məhv edib Bu gün, 14:48 Bilal Əliyev: "10 dəfə Həcc ziyarətinə getmişəm, amma məktəblilər eyni geyim formasında olmalıdırlar" Bu gün, 14:48 Bakıda yəhudi şagirdlər də məktəbə vahid formada gedirlər Bu gün, 14:48 Bakı-Sumqayıt yolunda TIR-ın daşıdığı texnika körpüyə ilişdi Bu gün, 13:48 Azərbaycanda 47 min iş yeri açılacaq Bu gün, 13:48 Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq Bu gün, 13:48 Almaniyada 16 yaşlı qıza qarşı hərəkətlərə görə robot müsadirə edilib Bu gün, 13:48 Sergey Lavrov Bakıda keçiriləcək sammitdə iştirak edəcək Bu gün, 13:48 Rusiya casusluq ittihamı ilə yapon jurnalisti həbs edib Bu gün, 13:48 AMB: Ödəniş sistemləri üzrə yeni xidmət haqları vətəndaşlara bilavasitə şamil olunmur Bu gün, 13:48 Həkimdən xəbərdarlıq: Bu qidalar insult riskini artırır Bu gün, 13:48 Elnur Əliyev: Sahibkarlar üçün dəstək mexanizmləri investisiya imkanlarını genişləndirməyə hesablanıb Bu gün, 12:48 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş Bu gün, 12:48 Azərbaycanda məktəbli formasına görə asayişi pozanlar həbs edildilər Bu gün, 12:48 Aqşin Ağkəmərli 66 yaşında vəfat etdi Bu gün, 12:48 Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər Bu gün, 12:48 Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür Bu gün, 12:48 İlon Mask ABŞ-də aralıq seçkiləri üçün 366 milyon dollar xərcləyib Bu gün, 12:48 İxracatçılara şad xəbər: Daşınma xərclərinin böyük qismi dövlət tərəfindən qarşılanacaq Bu gün, 12:48 Kartdan-karta pul köçürənlərin DİQQƏTİNƏ - Aprelin 1-dən bu qədər pul tutulacaq Bu gün, 12:48 Xüsusi nümayəndə: "Kəlbəcər rayonunun Zar kəndinə növbəti köç gözlənilir" Bu gün, 12:48 Bakı-Sumqayı yolunda TIR-ın daşıdığı texnika körpüyə ilişdi Bu gün, 12:48 Azərbaycanda rəqabət xəritəsi hazırlanacaq: Bazarlardakı vəziyyət qiymətləndiriləcək Bu gün, 11:49 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü Bu gün, 11:49 Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib Bu gün, 11:49 Pərviz Şahbazov: Energetika sektorunda rəqabətin inkişafı üçün geniş islahatlar aparılıb Bu gün, 11:49 Prezident: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir Bu gün, 11:49 Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır Bu gün, 11:49 Taleh Kazımov Dünya Bankının və IMF-in İllik Toplantılarında iştirak edəcək Bu gün, 11:49 Prezident: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir Bu gün, 11:49 Azərbaycanda sahibkarların qarşılaşdığı maneələr araşdırılacaq Bu gün, 11:49 Pərviz Şahbazov: Azərbaycanda yaşıl enerji üzrə yeni hərraclar keçiriləcək Bu gün, 11:49 Elnur Əliyev sahibkarlara verilən güzəştləri və investisiya layihələrinin həcmini açıqlayıb Bu gün, 11:49 Gədəbəydə avtomobil aşıb, ölən var Bu gün, 11:49 Mərkəzi Bankdan yeni qərar: Ödəniş haqları aşağı salınır Bu gün, 11:48 AAYDA: Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb Bu gün, 10:48 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb Bu gün, 10:48 Hindistanın XİN rəhbəri Azərbaycana gəlib Bu gün, 10:48 Daşkəndin plov qoxulu tüstüsü və Mərkəzi Asiyanın incisindən tüstüsüz gələcəyə doğru - FOTOREPORTAJ Bu gün, 10:48 Bakıda IIl Milli Rəqabət Forumu keçirilir Bu gün, 10:48 Azərbaycanın ilk qadın snayperi vəfat etdi Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR