Dünyanın ən yaşlı oyunçusu olan yaponiyalı Kadzuesi Miura futbolçu karyerasının 40-cı ilində yeni klubla müqavilə bağlayacaq.
"Report" xəbər verir ki, 57 yaşlı hücumçu yeni mövsümdən etibarən ölkəsinin "Atletico Suzuka" kollektivinin formasını geyinəcək.
1990-cı ildən 2000-ci ilə qədər yığmanın şərəfini qoruyan K.Miura 55 qola imza atıb. O, İtaliya, Xorvatiya , Avstraliya və Portuqaliya klublarında da forma geyinib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.