15-11-2024, 18:36 530

SOCAR dekarbonizasiya və biznes transformasiyası ilə bağlı planlarını açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2035-ci ilə qədər şaxələndirilmiş karbohidrogen və aşağı karbonlu biznes portfelinə malik yüksək səviyyəli milli enerji şirkətinə çevrilməyi, 2050-ci ilə qədər isə qlobal enerji təhlükəsizliyinə və iqlim dayanıqlığına töhfə verməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev COP29 çərçivəsində keçirilən "SOCAR-ın dekarbonizasiyada irəliləyişi: problemlər və nailiyyətlər" adlı sessiyada bildirib.

SOCAR-ın planlarını açıqlayan Ə.İsayev bildirib ki, şirkət məqsədlərinə nail olmaq üçün üç əsas istiqaməti müəyyən edib: "Əsas biznesin dekarbonizasiyası üzrə birinci istiqamət çərçivəsində şirkət emissiyaları fəal şəkildə azaldır və artıq bu sahədə ilk uğurlara nail olub. İkinci istiqamət təşkilati transformasiyadır. Korporativ mədəniyyətin dəyişdirilməsi və daxili proseslərin adaptasiyası enerji keçidinin dəstəklənməsinə yönəlib. Aşağı karbonlu biznesin inkişafını nəzərdə tutan üçüncü istiqamət çərçivəsində SOCAR hüquqi cəhətdən məcburi razılaşmalarla möhkəmləndirilmiş dörd layihənin icrasına başlayıb".

Onun sözlərinə görə, Dövlət Neft Şirkəti emissiyaların azaldılması üçün doqquz vasitə seçib və son hədd xərclərinin əyrisini (MACC) hazırlayıb: "Hələlik bunu açıqlamırıq, çünki bu, məxfi məlumatdır. Lakin artıq metan emissiyalarının azaldılması, emal və hasilatda enerji səmərəliliyinin artırılması kimi istiqamətlərə üstünlük veririk".

SOCAR dekarbonizasiya ilə bağlı vəzifələrin öhdəsindən daha səmərəli şəkildə gəlməyə kömək edəcək texnoloji tərəqqiyə ümid edir.

"Biz artıq külək və günəş enerjisi sahəsində əhəmiyyətli irəliləyiş müşahidə etmişik və indi emissiyaların azaldılmasını daha az qorxulu proses edəcək yeni texnoloji nailiyyətlərə ümid edirik. Məhz buna görə də əsas diqqəti metan sızmalarının azaldılması kimi əlçatan və səmərəli həllərə yönəldirik. Bu, nisbətən sadə və ucuz başa gələn proses olmaqla yanaşı, iqtisadi potensiala da malikdir, yəni xərcləri qismən ödəyir.

Növbəti istiqamət enerji səmərliliyinin artırılmasıdır. Biz artıq emal sektorunda belə tədbirlərin tətbiqinə başlamışıq və gələn il onların hasilat əməliyyatlarını da əhatə etməsini planlaşdırırıq. Bu da ardıcıl yanaşma tələb edən sadə məsələdir. Qazın yandırılma həcmlərinin azaldılmasına gəldikdə, bu istiqamətdə də tezliklə paylaşacağımız yaxşı xəbərlərimiz var.

Bununla yanaşı, biz bərpa olunan enerji mənbələrindən istifadəni fəal şəkildə inkişaf etdirir və tərəfdaşlarımızla onların inteqrasiyası üzərində işləyirik", - SOCAR-ın vitse-prezidenti qeyd edib.

A.İsayev qeyd edib ki, transformasiya proqramı çərçivəsində ötən ilin dördüncü rübündə strukturda "Enerji keçidi, ətraf mühit və dekarbonizasiya" adlı yeni seqment yaradılıb:

"Biz bu çağırışlara uyğunlaşmaq üçün şirkətin daxili proseslərini yenidən nəzərdən keçirdik. Əlbəttə, belə dəyişikliklər müəyyən narahatlıqlar yaradır. Amma bu təbiidir. Neft-qaz sənayesində toplanmış bacarıqları bərpa olunan enerji sahəsində və dekarbonizasiya üzrə tapşırıqların həyata keçirilməsində uğurla tətbiq etmək olar. Artıq bu prosesə başlamışıq və bu, bizi daha cəsarətli şəkildə irəli addımlamağa ruhlandırır. Bizə güc və əlavə motivasiya verir".

SOCAR-ın vitse-prezidenti bildirib ki, neft-qaz sektoru onilliklər ərzində ən yaxşı mütəxəssisləri - texnoloqları, mühəndisləri, hüquqşünasları və maliyyəçiləri cəlb edib: "Bu, onların bacarıqlarının enerji keçidi tapşırıqlarına uğurla uyğunlaşdırılması üçün möhkəm təməl yaradır. Bu bacarıqları dekarbonizasiyanın dəstəklənməsi üçün konvertasiya və modifikasiya etmək o qədər də çətin deyil. Biz artıq əməkdaşları həvəsləndirmək üçün əsas performans göstəricilərini (KPI) tətbiq etmişik. Mənim də öz KPI-m var. Artıq bir neçə aydan sonra məni qiymətləndirəcəklər".

A.İsayev enerji keçidi çərçivəsində əməkdaşlığın vacibliyini də vurğulayıb: "Biz COP28 zamanı “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na (OGDC) qoşulmaq imkanına görə təşəbbüskarlarına çox minnətdarıq. Bu, dekarbonizasiya, enerji keçidi və metan emissiyalarının azaldılması sahəsində birgə iş üçün ən böyük platformadır. Xartiya neft-qaz sənayesinin 44 %-ni birləşdirir. Biz texnologiyaları, təcrübəni bölüşürük, səhvləri təhlil edirik, bir-birimizi dəstəkləyir və tənqid edirik. Bu da bizi yalnız gücləndirir. Bu platforma cəmi bir ildir fəaliyyət göstərir, lakin artıq ümumi məqsədin irəliləməsinə əhəmiyyətli töhfə verib".

Vitse-prezident SOCAR-ın "Metan Tərəfdaşlığı 2.0" təşəbbüsünə qoşulması barədə danışaraq onun əhəmiyyətini vurğulayıb: "Biz bu ilin avqustunda onun üzvü olduq. Daha sadə izah etmək üçün, hər kəs MHBS - Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının nə olduğunu bilir. Bu, mühasibat uçotu və maliyyə üçün universal dildir. İndi eyni şey metana da tətbiq olunur. Tərəfdaşlıq çərçivəsində biz ilk hesabatı 2025-ci ilin may ayında təqdim etməliyik”.

Onun sözlərinə görə, SOCAR bu prosesə BP ilə birlikdə başlayıb: "Əsas diqqət metan üzrə təlimat prinsiplərinə və qlobal emissiyaların azaldılması proqramının təşviqinə yönəldilib. Start keçən ilin dördüncü rübündə verilib və proqram artıq əla nəticələr göstərib.

Bundan əlavə, biz öz təcrübəmizi digər ölkələr və kiçik neft-qaz şirkətləri ilə bölüşməyə başladıq ki, onlar yeni texnologiyaları tətbiq etməkdən qorxmasınlar. Onlara həm də təkrar etməmələri üçün buraxdığımız səhvlər haqqında danışırıq. Ölkələr və kiçik neft-qaz şirkətlərini öyrədərkən özümüz də öyrənməyə davam edirik”.

O, həmçinin SOCAR-ın tarixində ilk Ətraf mühit, Sosial məsuliyyət və Korporativ İdarəetmə (ESG) reytinqini almasına kömək edən “Bain & Company” ilə əməkdaşlığı xatırladıb: “Bu yaxşı nəticədir, lakin biz daha böyük hədəflərə can atırıq”.

Paylaş

Xəbər lenti

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR