15-11-2024, 22:29 413

SOCAR dəniz obyektlərini karbonsuzlaşdırmağı və geotermal enerji imkanlarını araşdırmağı planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Çinin “China Energy” şirkəti ilə əməkdaşlıq çərçivəsində dəniz obyektlərinin karbonsuzlaşdırılmasına başlamağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev COP29 çərçivəsində keçirilən “SOCAR-ın dekarbonizasiya sahəsindəki tərəqqisi: problemlər və nailiyyətlər” adlı sessiyada bildirib.

Xatırladaq ki, noyabrın 14-də “SOCAR Green” və “China Energy Overseas Investment Co. Ltd.” şirkətləri Füzuli rayonunda 160 MVt gücündə günəş elektrik stansiyasının (GES) tikintisinə dair müqavilə imzalayıb. Həmçinin “China Energy” və “China Datang Co. Ltd.” şirkətləri ilə bərpa olunan enerjinin inkişafına dair memorandumlar imzalanıb.

Ə.İsayevin sözlərinə görə, SOCAR bu yaxınlarda BP ilə birlikdə Cəbrayıl rayonunda gücü 240 MVt olan “Şəfəq” günəş elektrik stansiyasının tikintisinə başlayıb.

“Bu layihə Xəzər regionunda ən böyük neft-qaz terminalının - Səngəçal terminalının karbonsuzlaşdırılması yolunda mühüm addım olacaq. Bu, karbon izini azaltmaq üzrə səylərimizin birinci mərhələsidir. İkinci mərhələ dəniz obyektlərinin karbonsuzlaşdırılmasına yönəldiləcək”, - o deyib.

Bu istiqamətdə SOCAR neft və qazın karbonsuzlaşdırılması üzrə Xartiyanın liderlərindən biri olan “Abu Dhabi National Oil Company” (ADNOC) ilə də əməkdaşlığa başlayıb.

Ə.İsayev vurğulayıb ki, Azərbaycan geotermal energetikanın inkişafı üçün ciddi potensiala malikdir. Bununla əlaqədar noyabrın 14-də SOCAR “Baker Hughes” şirkəti ilə geotermal mənbələrin işlənməsinə dair müqavilə imzalayıb: “Geotermal quyuları qazarkən biz elektrik enerjisi istehsalı üçün əlverişli olan, temperaturu 120 dərəcədən yuxarı olan su tapa bilərik. Temperatur aşağı olarsa, resurslardan istilik üçün istifadə edilə bilər. Biz bu yola yeni başlamışıq və imkanları qiymətləndirmək üçün bir il ərzində araşdırmalar aparacağıq”.

SOCAR-ın vitse-prezidenti həmçinin 2026-cı ilə qədər Bakı Neft Emalı Zavodunda səmt qazının məşəldə yandırılmasını dayandırmaq planlarını açıqlayıb. Onun sözlərinə görə, COP29-da “Baker Hughes” ilə hüquqi öhdəliyə dair müqavilə imzalanıb.

“Neft emalı zavodumuzda səmt qazının məşəldə yandırılmasının aradan qaldırılması mühüm nailiyyət və yaxşı başlanğıc olacaq”, - Ə.İsayev qeyd edib.

Onun sözlərinə görə, SOCAR Azərbaycandan kənarda da bərpa olunan enerji sahəsində layihələr həyata keçirir.

“2017-ci ildə “SOCAR Türkiye” 55 MVt gücündə quruda külək elektrik stansiyasını istismara verib. Gürcüstan, Rumıniya və İsveçrədə isə şirkət enerji təchizatında ənənəvi mənbələrdən günəş enerjisinə keçir. Hətta İsveçrədə, kiçik də olsa, ilk hidrogen layihəsinə başlamışıq. Biz yeni tərəfdaşlıqlara hazır olmaq üçün öyrənməyə və inkişaf etməyə davam edirik”, - Ə.İsayev vurğulayıb.

Paylaş

Xəbər lenti

Vens: ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır Bu gün, 00:48 Yeni mövsümdə varlanacaq bürclər Bu gün, 00:48 Tarixdə ilk: Dünyada yaşlı insanların sayı uşaqları geridə qoydu Dünən, 23:48 Ermənistanda məhkəmə deputat Artur Sarkisyanın ev dustaqlığını daha iki ay uzadıb Dünən, 23:48 "The Times": Böyük Britaniyada vəsaitə qənaət üçün irimiqyaslı hərbi təlimlər ləğv edilir Dünən, 23:48 Metsamor AES təmirdən sonra işini bərpa edib Dünən, 23:48 Gürcüstanlı jurnalist və bloqerlər Xankəndiyə səfər ediblər Dünən, 22:48 ABŞ-nin İrana zərbələri: Həlak olan hərbçilərin sayı açıqlandı Dünən, 22:48 "Sabah" basketbol komandası yoxlama oyununda "London Lions"a məğlub olub Dünən, 22:48 Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir Dünən, 22:48 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT Dünən, 21:48 İŞİD-in tərkibində döyüşən azərbaycanlıya hökm oxunub Dünən, 21:48 Maşınlar ucuz qiymətə satışa çıxarıldı - "Volkswagen Passat" 5 625 AZN Dünən, 21:48 "Neftçi SOCAR" 3x3 basketbol komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında çıxış edəcək Dünən, 21:48 "ChatGPT", "Claude" və "Grok"un işində problemlər yaşanır Dünən, 20:48 Bakıda güclü yanğın - Sakinlər qatı dumandan narahatdır Dünən, 20:48 Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb Dünən, 20:48 Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı Dünən, 20:48 Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb Dünən, 20:48 Tramp: ABŞ qeyri-məhdud sursat ehtiyatlarına malikdir Dünən, 20:48 Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Avropa çempionu olub Dünən, 19:48 İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub Dünən, 19:48 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib Dünən, 19:48 Sabah 44 yaşayış məntəqəsində işıq olmayacaq Dünən, 19:48 Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK Dünən, 19:48 Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub Dünən, 18:48 Sabah Şəkinin bəzi kəndlərində qaz kəsiləcək Dünən, 18:48 Ağcabədidə nöqsanlar aşkarlanan pendir müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb Dünən, 18:48 ING: Azərbaycan CIS-4 ölkələri arasında ən dayanıqlı makroiqtisadi nəticələr göstərir Dünən, 18:48 Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDILAR - Polisdən daha bir uğurlu əməliyyat Dünən, 18:48 Azərbaycanda kişi müəllimlərin sayı niyə azdır? - Dünya ilə MÜQAYİSƏ Dünən, 18:48 Səməd Seyidov və ATƏT PA-nın prezidenti Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər Dünən, 18:48 Maştağada qızı qaçıran gənc polis maşınını görüb qaçarkən qəza törətdi Dünən, 17:48 Azərbaycanın iki cüdoçusu Avropa çempionatının finalında Dünən, 17:48 ABŞ-da 104 illik market şəbəkəsi 60 mağazanı bağlayır Dünən, 17:48 İranda ABŞ-nin hücumu nəticəsində 6 hərbçi öldürülüb Dünən, 17:48 Hakim vətəndaşın evini əlindən alır? - "10 gün vaxt verib ki, buranı boşaldın" Dünən, 17:48 Trablusda neft çənlərinə PUA ilə hücum edildi Dünən, 17:48 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib Dünən, 17:48 Vahid məktəbli kitabçası niyə yoxdur? "Valideynlərə də zərərdir, bizə də, tullayırıq" Dünən, 17:48 Məhkəmə qərarlarını dəyişdirmək adı altında 100 min manatlıq dələduzluq edən 4 nəfərə hökm oxunub Dünən, 16:48 Həyat yoldaşını avtomobildən düşürən sürücüyə "qab yuma" tapşırığı verildi Dünən, 16:48 Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır Dünən, 16:48 Bişkekdə qapalı qapılar arxasında Putinlə Paşinyan arasında nə baş verdi? Dünən, 16:48 Avqustda 70 aptekdə yoxlama aparılıb – 19-da nöqsan aşkarlanıb Dünən, 16:48 76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər Dünən, 16:48 Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ Dünən, 16:48 Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR