16-11-2024, 01:00 401

Özbəkistanın suya qənaət və səhrada məhsul əldə etmək təcrübəsi - MÜSAHİBƏ

Bakıda COP29 iqlim sammitinin əsas mövzularından biri Mərkəzi Asiyada su qıtlığı olub. Qlobal istiləşmə bölgənin çaylarının mənbəyini təşkil edən buzlaqları məhv edir. Bəzi ölkələr dağlarda yerləşir və su ilə zəngindir. Aşağı axındakılar tamamilə "yuxarı"dan asılıdır. Onların arasındakı münaqişə təbiətin özü tərəfindən qoyulur. Respublikaların liderləri su ehtiyatlarına çıxışı səbəbindən müharibələri istisna etmirlər.

“Report” NEWS.ruya istinadən xəbər verir ki, COP29 çərçivəsində Özbəkistanın ekologiya naziri Əziz Abduhakimov rəsmi Daşkəndin su çatışmazlığı probleminin həllindən danışıb.

- BMT sammitində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edərək dünyaya Orta Asiyada şirin su çatışmazlığını xatırlatdı. Hökumətiniz bu çətinliklərin öhdəsindən hansı üsullarla gələcək?

- İlk növbədə gələcək nəslin tərbiyəsi haqqında düşünmək lazımdır. İnsanlara suyun yüksək dəyəri barədə anlayış aşılamaq çox vacibdir. Biz məktəblərdə, uşaq bağçalarında bir çox təhsil proqramları keçiririk ki, uşaqlar suya diqqətlə yanaşsınlar və ona qənaət etsinlər. Hətta ev şəraitində də.

Ümumiyyətlə, bir zamanlar ənənəvi olaraq su demək olar, müqəddəs, həyat mənbəyi hesab olunurdu. Əgər kimsə suyu çirkləndiribsə, bu, böyük günah hesab olunurdu. Qədim dövrlərdən bölgəmizdə, karvanların İpək Yolu ilə getdiyi dövrdə insanlar quyu qazırdılar, hər damla əvəzolunmaz hədiyyə sayılırdı. Bu gün də su həyatdır. Cəmiyyətimizdə belə bir mesaj üstünlük təşkil edir.

Son illər iqlim dəyişib, dağlardakı buzlaqlar daha sürətli əriyir və su çatışmazlığı problemi bütün bölgədə kəskinləşir. Əbəs yerə deyil ki, mərhum prezidentimiz İslam Kərimov Orta Asiyada müharibələrin məhz su səbəbindən başlayacağını proqnozlaşdırmışdı.

Düzdür, Prezidentimiz Şavkat Mirziyoyevin müdrik siyasəti sayəsində bütün qonşu ölkələrlə çox etibarlı və balanslı münasibətlər qura bildik. Bunlar aşağı axın ölkələridir — Türkmənistan, Özbəkistan, Qazaxıstan. Suyun əslində bizə gəldiyi yuxarı ölkələr Tacikistan və Qırğızıstandır. Oradan su Orta Asiyanın ən böyük çayları Sırdərya və Amudəryaya tökülür. İki çay əsas su mənbəyidir və mənbələrin ədalətli paylanmasına imkan verir.

- Bütün ölkələr mənbələrin ədalətli paylaşılmasına razıdır?

- Su təsərrüfatı nazirlərimiz daim görüşür və resursları mütənasib şəkildə bölürlər. Onlar suyun ümumi miqdarı, bir çox digər göstəriciləri - hər bir ölkənin nə qədər su istehlak edəcəyinə qərar verirlər.

Özbəkistan, öz növbəsində, geniş miqyaslı və ətraflı su qənaət proqramı hazırlayıb. Xüsusilə suya qənaət edən texnologiyaların tətbiqi üçün bütöv üstünlük sistemi yaradılıb. Söhbət ilk növbədə, damcı suvarma sistemindən gedir. Bu proqrama böyük məbləğlər ayrılır — yüz milyonlarla dollar. Damcı suvarma sistemi və ümumiyyətlə suya qənaət edən texnologiyalar tətbiq edən fermerlər, kənd təsərrüfatı istehsalçıları böyük məbləğlərdə subsidiyalar alırlar.

Bu siyasət artıq əməli nəticələr verir. Son bir neçə ildə su istehlakının 15 % azalmasına nail olduq. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalı bir yarım dəfədən çox artıb.

Başqa bir vacib istiqamət. Prezidentimiz Su nəqlinin azaldılması təşəbbüsünü irəli sürüb və indi bizdə beton kollektorlar tikilir. Bütün kanallar, arxlar betonlanır. Su yol boyu daha az istehlak olunur, ikincisi, su daha sürətli axır - müvafiq olaraq daha az buxarlanır.

- Bəs hakimiyyət gəncləri gündəlik həyatda suya qənaət etməyə necə öyrətmək niyyətindədir?

- Təhsil tədbirləri zamanı uşaqlara nümunələr veririk. Hətta dişlərinizi fırçaladığınız zaman belə, kranı açmamalı və suyun axmasına icazə verməməlisiniz. Yarım stəkan su, vəssalam. Dişlərinizi fırçalamaq üçün kifayətdir. Başqa bir nümunə: hamam və ya duş qəbul edərkən də qənaət edin. Bir insan, məsələn, başını şampunla yuyarkən su kranını bağlaya bilər. Belə anlarda su axıb gedir. İndi xalqımız artıq öyrəşib, insanlar kranı vaxtında bağlayırlar.

Belə vərdiş, əlbəttə başqa bir səbəbdən ortaya çıxdı - bir çox ev artıq su sayğacları ilə təchiz olunub. Evdə suyun istifadəsi tarifləri tədricən artır.

Bildiyimə görə, qonşularımız da fəal islahatlar aparır, analoji texnologiyalar tətbiq edirlər. Bizim ümumi məqsədimiz odur ki, Mərkəzi Asiya ölkələrində sudan səmərəli istifadə olunsun.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR