
"Kəpəz" klubunun futbolçusu Elmir Tağıyev əməliyyat olunub.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Əməliyyat uğurla aparılıb. Tağıyevin bərpa müddəti 3 həftə çəkəcək.
Futbolçuya əzələ qopması diaqnozu qoyulmuşdu.
Qeyd edək ki, daha əvvəl "Kəpəz"in digər üzvü İlkin Qırtımov əməliyyat olunmuşdu.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.