24-11-2024, 17:57 440

Ombudsman Ciddədə İƏT MDİHK-nin 24-cü sessiyası çərçivəsində tematik müzakirələrdə iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva noyabrın 24-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) 24-cü sessiyası çərçivəsində “Sağlamlıq hüququ: İslam və insan hüquqları kontekstində” mövzusunda təşkil olunmuş tematik müzakirələrdə iştirak edib.

"Report" xəbər verir ki, tədbirdə “İslam ölkələrində sağlamlıq hüququ – İqlim ədaləti və Ombudsman təsisatlarının rolu” mövzusunda çıxışı zamanı Müvəkkil hazırda dünyanın bir çox bölgələrində, o cümlədən islam ölkələrində iqlim dəyişmələrinin insanların sağlamlıq hüquqlarından istifadə etmələrinə maneə yaratdığını və əhalinin həssas qruplarına mənfi təsir göstərdiyini bildirib. Bəzi islam ölkələrində baş verən silahlı münaqişələrin də həmin şəxslərin sağlamlıq hüququnun təmininə ciddi təsir göstərdiyini qeyd edən Ombudsman münaqişə zonalarında belə səhiyyə xidmətlərinin əlçatanlığının, uşaqların və qadınların əsas sağlamlıq xidmətlərindən istifadəsinin təmin edilməsinin olduqca mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Müvəkkil mövcud çağırışlar fonunda hər kəsin sağlamlıq hüquqlarının bərabər imkanlarla təmini istiqamətində daha səmərəli tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, müvafiq sahədə fəaliyyəti barədə məlumat verərək, ölkəmizdə insan hüquqlarının qorunması haqqında illik məruzələrində həmin hüquqlarının təmini istiqamətində bir sıra tövsiyələr irəli sürdüyünü qeyd edib.

Ombudsman iqlim dəyişmələri ilə mübarizə sahəsində Azərbaycanda bir sıra əhəmiyyətli islahatların həyata keçirildiyini, eləcə də ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirə ev sahibliyi etdiyini bildirib.

Ekoloji cinayətlərin insanların sağlamlığına təsirindən danışan S.Əliyeva Ermənistanın ərazilərimizdə törətdiyi ekoloji cinayətlərdən bəhs edib. Müvəkkil işğal müddətində Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minaların mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə törətdiyini, onların öz doğma yurdlarına təhlükəsiz qayıdışına maneə yaratdığını, Birinci Qarabağ müharibəsindən bu günə qədər 3 400-dən çox şəxsin mina qurbanı olduğunu diqqətə çatdırıb.

Ombudsman otuz ilə yaxın işğal müddətində ərazilərimizdə müxtəlif nadir bitki və heyvan növlərinin məhv edildiyini, su hövzələrinin zərərli maddələrlə çirkləndirildiyini bildirib. Müvəkkil, həmçinin istismara yararsız olmasına baxmayaraq fəaliyyətini davam etdirən və ətraf mühiti ciddi şəkildə çirkləndirən Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının bütün region üçün potensial təhlükə mənbəyinə çevrildiyini də qeyd edib.

S.Əliyeva beynəlxalq ictimaiyyəti sağlam ətraf mühitdə yaşamaq hüququnu kobud şəkildə pozan bu kimi cinayətlərə biganə qalmamağa çağırıb.

Paylaş

Xəbər lenti

Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR