
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məskunlaşmış və iqtisadi fəal şəxslərin 80 %-dən çoxunun məşğulluğu təmin edilib.
“AVESTA.AZ” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahib Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda digər şəxslərin də məşğulluğunun təmin olunması istiqamətində işlər aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.