26-11-2024, 16:23 361

"Neftçi"nin kapitanı Rza Cəfərov "AVESTA.AZ"a müsahibə verib. 21 yaşlı qapıçı komandasının Misli Premyer Liqasında arxada qalan 14 tur ərzindəki çıxışı və uğursuzluqları barədə danışıb. O, hazırkı baş məşqçi Samir Abasovla sabiq çalışdırıcıları Roman Qriqorçuku da müqayisə edib.

- Misli Premyer Liqasının XIV turunda “Zirə” üzərində qələbə qazandınız. Oyun barədə nə deyə bilərsiniz?

- Oyuna çox ciddi hazırlaşmışdıq. Çünki artıq geriyə yolumuz yoxdur. Hər qarşılaşmaya sonuncu kimi baxırıq. Rəqibin də gücünə bələd idik. "Zirə" Premyer Liqada ən geniş və yaxşı heyətə malik klublardan biridir. Üstəlik, son 2 matçda qələbə qazana bilməmələri bu oyuna ciddi yanaşacaqlarını göstərirdi. Maraqlı görüş oldu. İlk hissənin əvvəllərində bir necə real qol şanslarından yararlana bilmədik. Ümumi qarşılaşmanı nəzərdən keçirsək, qələbə üçün istəkli tərəf biz idik. Bu da 3 xal qazanmağımızda vacib rol oynadı. Komanda olaraq həm qələbə qazanmağa, həm də məzmunlu oyun göstərməyə çalışırıq.

- “Neftçi” Samir Abasovun gəlişindən sonra 5 tur ərzində 8 xal toplayıb. Sizcə, 9 tura 5 xal qazanan sabiq baş məşqçiniz Roman Qriqorçukla müqayisədə bu nəticəni uğurlu saymaq olar?

- Məşqçiləri müqayisə etməyim düzgün olmaz. Hər məşqçinin özünə uyğun oyun üslubu və tələbləri var. Bəzən matçlar zamanı bəxt amili də vacib rol oynayır. Məsələn, "Şamaxı" ilə oyunda qələbəni əldən verməyimiz bəxtlə əlaqəli bir şey idi. Bizə lazım olan özünəinamı qaytarmaq idi. Şükürlər olsun ki, işlər yavaş-yavaş qaydasına düşür.

- Samir Abasovun gəlişindən sonra kapitanlıq sarğısı sizə verildi. 21 yaşında “Neftçi” kimi tarixi olan klubun kapitanlıq sarğısını daşımaq necə bir hissdir?

- Bu hissləri sözlə ifadə edə bilmərəm. "Neftçi"də forma geyinən hər bir gənc o anı yaşamaq istəyər. Samir Abasovun kapitanlıq sarğısını mənə verməsi gözlənilməz oldu. Doğrusu, bunu gözləmirdim. Ancaq baş məşqçimizin bu güvəni mənim üçün xüsusi motivasiya oldu. Kulubun tarixini və adını nəzərə alaraq bu vəzifəni layiqincə yerinə yetirməyə çalışıram. Ümid edirəm ki, bir kapitan olaraq da məndən gözlənilənləri artıqlaması ilə qarşılayacam.

- Cari mövsüm 14 turun hamısında əvəzlənmədən meydanda olmusunuz. Emil Balayevin zədəli olmasını nəzərə alsaq, rəqabət olmadan qapıda dayanmaq sizə arxayınlıq yaratmır?

- Rəqabətin olmadığını düşünmürəm. Çünki "Neftçi" kimi köklü bir komandanın qapısını qoruyuram və bu, əlavə məsuliyyətdir. Hər məşqdə və oyunda səylə çalışıram ki, işimi layiqincə yerinə yetirim. Bilirəm ki, heyətdə məndən daha təcrübəli və rəqabət apardığım qapıçı var.

- Hazırda Premyer Liqada mübarizə aparan klubların əsas heyətində Azərbaycan futbolunun yetirməsi olan qapıçılar az şans qazanır. Sizcə, yerli qolkiperlərə güvənsizliyin səbəbi nədir?

- Qapıçı məsuliyyət tələb edən mövqedi. Komanda meydana çıxarkən qolkiperlər bu inamı və güvəni yoldaşlarına ötürməyi bacarmalıdırlar. Biz qapıçılar çalışırıq ki, meydanda minimum səhvlə oynayaq. Çünki "əlcək sahibi"nin xırda səhvi dərhal nəzərə çarpır. Düşünürəm ki, yerli qapıçılar inamlı çıxış etsələr, güvən daha da artacaq və şans qazanmaq imkanı çoxalacaq.

- "Neftçi" 2024/2025 mövsümündə ilk qələbəsini yalnız X turda qazana bilmişdi. Cari mövsümün əvvəlində olan çatışmazlıqların aradan qalxdığını deyə bilərik?

- Hər oyunda müəyyən çatışmazlıqlar olur. Hər məşqdə problemləri minimuma endirmək üçün səylə çalışırıq. Bizə lazım olan öz gücümüzə inanmağımız idi. Təəssüf ki, vaxtında toparlana bilmədik. Ancaq indi çox yaxşı formadayıq. Məşqçilər korpusu komandanın çatışmayan cəhətlərini artıq müəyyənləşdirib. Onların peşəkarlığı və bizim çalışqanlığımız sayəsində hər şey daha da yaxşı olacaq.

- Mövsümün sonunda komandanın UEFA Konfrans Liqasına getmək şanslarını necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, avrokuboklara düşmək şansımız hələ də qalır. Cari mövsümün başa çatmasına çox var. Mövsümün sonuna qədər xal ehtiyatımızı artıra bilsək, niyə də istəyimizə nail olmayaq? Əlimizə düşən bütün fürsətləri dəyərləndirmək məcburiyyətindəyik. Ən pis halda növbəti mövsüm hədəfimizə çatacağımıza inanıram.

- Qarşıda sizi “Qarabağ”la çətin ev oyunu gözləyir. “Neftçi” Ağdam təmsilçisi üzərində sonuncu qələbəsini 2021-ci ildə məhz indiki baş məşqçi Samir Abasovun rəhbərliyi altında qazanıb. 3 illik tilsimi qırmaq mümkün olacaq?

- Rəqibin gücündən asılı olmayaraq, makimum səylə mübarizə aparacağıq. Qələbə qazanmaq üçün meydana çıxacağıq. Azarkeşlərimizin bizdən gözləntiləri var. Bu mövsüm onları çox üzmüşük. İnanıram ki, "Neftçi" qələbə üçün sona qədər döyüşəcək.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR