29-09-2022, 16:59 552

“Lamborghini” Bakıda yeni şou-rumunun rəsmi açılışını etdi

Sentyabrın 28-də İtaliyanın “Lamborghini” superkar istehsalçısı Bakıda öz yeni şou-rumunun rəsmi açılışını edib.

Bakının Zərifə Əliyeva küçəsi 31 ünvanında yerləşən şou-rumun ərazisi 225 kvadrat metr təşkil edir. Brendin ən yeni texnologiyaları ilə təchiz olunmuş şou-rumu maksimum rahatlığı və məxfi atmosferi təmin edəcək şəkildə layihələndirilib.

Burada avtomobil həvəskarlarına eksklüziv dairəvi təcrübə təklif edilir. Şirkətin təlim almış mütəxəssisləri müştərilərə yeni və artıq hazır “Lamborghini” modellərini təklif edərək, onlara seçimlərində dəstək göstərirlər. Potensial müştərilər fərdiləşdirmə proqramı çərçivəsində məhsulların çeşidləri ilə tanış ola bilir. Eyni zamanda onlar "Ad Personam" adlanan ehtiyatlandırılmış zonada öz fərdi konfiqurasiyalarını yaratmaq imkanına malikdirlər. Bu proqram çərçivəsində sahibləri demək olar ki, limitsiz boya çeşidləri, həmçinin dəri, xüsusi tikişlər, karbon lif elementləri və yeni avtomobilləri üçün bir çox başqa özəl seçimlər gözləyir.

Yeni şou-rumun rəsmi açılışı ilə əlaqədar olaraq təşkil olunan təntənəli tədbirdə Avropa, Yaxın Şərq və Afrika (EMEA-Europe, Middle East and Africa) regionunun rəhbəri Françesko Kreşçi və Mərkəzi, Qərbi Avropa və MDB-nin rəhbəri Feliks Rongen iştirak ediblər.

Tədbirdəki çıxışında Françesko Kreşçi “Volkswagen Group”un tərkib hissəsi olmağın təmsil etdiyi şirkətə böyük üstünlüklər qazandırdığını bildirib.

Onun sözlərinə görə, rəqabətin çox yüksək olduğu müasir dünyada çalışmalısan ki, ən son texnologiyalardan istifadə edəsən: “Ən qabaqcıl texnologiyalara çıxış əldə etmək istəyirsinizsə, daha mütərəqqi olmaq istəyirsinizsə böyük qrupun tərkib hissəsi olmaq ən düzgün yollardan biridir. Bu, sənə müxtəlif innovasiyalara çıxış əldə etməyə və bu zaman xərclərinə qənaet etməyə imkan verir. Ən özəl xüsusiyyət isə ondan ibarətdir ki, “Volkswagen Group” sahib olduğu şirkətlərə müəyyən müstəqillik verir. Belə ki, “Lamborghini”nin özünün dizayn, tədqiqat və inkişaf mərkəzləri mövcuddur. Digər tərəfdən qrupa daxil olan brendlər bir-birinin müştəri portfoliosuna müdaxilə etmədən bizneslərini inkişaf etdirirlər. Bu mənada alman və italyan brendlərinin belə bir şəkildə birgə əməkdaşlığı bu gün üçün nümunəvidir”.

“Lamborghini Baku” şou-rumunun rəsmi açılışından məmnunluğunu ifadə edən Feliks Rongen Bakıya tez-tez gələcəyinə inamını ifadə edib: “Bu, Bakıya artıq ikinci səfərimdir. Daha əvvəl buraya ötən ayın əvvəlində gəldim. Qısa zaman kəsiyində gördüklərimdən belə bir fikir formalaşıb ki, şəhərlə onun əhalisi vəhdət təşkil edir. Bu özünü müasirlik və tarixi köklərə bağlılıqda biruzə verir. Belə ki, Bakı müasir şəhər olmaqla yanaşı, öz tarixi görkəmini qoruya bilib. Şəhərin zahiri görünüşü insanlarda da öz əksini tapır. Onlar da həm müasir yönümlüdür, gələcəyə istiqamətlidirlər həm də tarixlərini və milli-mədəni identifikliyini görumağa çalışırlar. Bu aspekt “Lamborghini” olaraq bizə çox yaxındır. Çünki biz də analoji yanaşmanın tərəfdarıyıq. Yəni gələcəyə baxışla bərabər, dəyərlərini, əsasını qorumalısan. Bütövlükdə həm şəhəriniz həm də insanlarınız haqqında təssüratlarım çöx müsbətdir. İnsanlarda emosiyalar çox bariz şəkildə özünü biruzə verir. Onların arasında paxıllıq və sair bu kimi mənfi hisslər müşahidə etmədim. Buna görə düşünürəm ki, bura tez-tez gələcəm”.

Daha sonra Françesko Kreşçi və Feliks Rongen birlikdə VIP qonaqlara yeni istifadəyə verilmiş “Lamborghini Huracán Tecnica” avtomobilini təqdim ediblər.

Tədbir "KHAMSA" restoranında təşkil olunmuş qala yeməyi ilə davam edib. Qurmanların dadlı təcrübəsi tanınmış və sevilən ifaçıların çıxışları ilə müşayiət olunub.

Bu gün “Lamborghini”nin dünya üzrə 174, o cümlədən EMEA regionunda 74 diler mərkəzi mövcuddur. Brendin avtomobilləri hal-hazırda Bakıda Azərbaycan üçün eksklüziv əsasda təqdim olunur.

Paylaş

Xəbər lenti

Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR