
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağda Ermənistanın tərəfində vuruşmamalı idi, çünki həmin şəraitdə bu ölkəyə xarici təcavüz edilməmişdi.
“AVESTA.AZ” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən mətbuat konfransında bildirib.
Onun fikrincə, Ermənistanın KTMT-yə hazırkı münasibəti daxili siyasi problemlər və Qarabağ mövzusu ilə bağlıdır. Eyni zamanda, Putin Ermənistanın KTMT-də tam formatda işə qayıdacağını istisna etməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.