
Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlanıb.
“AVESTA.AZ”un yerli bürosu məlumat verir ki, hadisə Corat bağlarında qeydə alınıb.
Belə ki, 1972-ci il təvəllüdlü Mahmud Həsən oğlu İsmayılovun meyiti yaşadığı fərdi evdə aşkarlanıb. Onun bir neçə gün öncə öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.