
Ötən gecə dünyasını dəyişən bəstəkar-müğənni Rəhim Rəhimli ilə vida mərasimi başa çatıb.
“Report” xəbər verir ki, mərasimdə mərhumun sənət dostları, ailə üzvləri, yaxınlar iştirak ediblər.
R.Rəhimli Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.
Ötən gecə dünyasını dəyişən bəstəkar-müğənni Rəhim Rəhimli ilə vida mərasimi başlayıb.
“Report” xəbər verir ki, mərasim onun Fəvvarələr meydanının yaxınlığında yerləşən evində keçirilir.
Mərasimdə mərhumun sənət dostları, ailə üzvləri, yaxınlar iştirak edirlər.
Vida mərasimi bitdikdən sonra mərhum Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, R.Rəhimli ötən gecə yaşadığı evdə ürəktutmasından dünyasını dəyişib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.