
İrəvan meriyası tətil edən və nəqliyyat kollapsına səbəb olan sürücüləri cinayət işi ilə hədələyib.
“AVESTA.AZ” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə meriyanın mətbuat katibi Hayk Kostanyan sosial şəbəkələrdə məlumat verib.
"Bildiririk ki, sürücülərin hərəkətlərinə əmək qanunvericiliyi çərçivəsində qiymət veriləcək, həmçinin onlara cinayət-hüquqi qiymət vermək məqsədilə səlahiyyətli orqanlara müraciət edəcəyik", - H.Kostanyan vurğulayıb.
Qeyd edək ki, tətil edən sürücülər iş şəraiti və əmək haqqının yenidən nəzərdən keçirilməsini tələb edirlər.
"İrəvan Avtobus" QSC-nin sürücüləri tətil elan edib və bu gün işə çıxmayıblar.
“AVESTA.AZ” Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, onlar iş şərtlərinə və əmək haqqına yenidən baxılmasını tələb edirlər.
Eyni zamanda, İrəvanın müxtəlif inzibati rayonlarındakı dayanacaqlarda növbələr yaranıb, vətəndaşlar nəqliyyatı uzun müddət gözləyirlər.
Paytaxt meriyası problem barədə məlumatlı olduqlarını və tezliklə bəyanatla çıxış edəcəklərini bildirib.
Qeyd edək ki, oxşar hadisə bu ilin may ayında baş vermişdi. Sürücülər "İrəvan Avtobus" QSC-nin direktor səlahiyyətlərini icra edən Samvel Nazaryanın addımlarına və bir neçə əməkdaşın işdən azad edilməsinə qarşı çıxmışdılar. O zaman meriya bunu islahatları sabotaj etmək cəhdi adlandırmışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.