
Gürcüstanın xüsusi təyinatlıları su şırnaqlarından istifadə etməklə etirazçıları Tbilisinin mərkəzindəki Rustaveli prospektindən çıxarıblar.
“AVESTA.AZ” bu barədə yerli KİV-ə istinadən xəbər verir.
Xüsusi təyinatlılar parlament binası qarşısındakı ərazidə etirazçıları dağıtdıqdan sonra təhlükəsizlik qüvvələri Rustaveli prospektində mövqe tutublar. Təxminən saat 03:30-da xüsusi təyinatlılar su şırnaqlarından istifadə edərək vətəndaşları Rustaveli prospektinin bütün ərazisindən sıxışdırıb çıxararaq irəliləməyə başlayıb. Etirazçılar “Rustaveli” metro stansiyasına doğru qaçmağa başlayıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.