
İtaliya A Seriyasında XV turun daha bir oyunu keçirilib.
"AVESTA.AZ" xəbər verir ki, çempionluq mübarizəsi aparan "Atalanta" doğma meydanda "Milan"la qarşılaşıb.
Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində xallarını 34-ə çatdıran "Atalanta" birinci pilləyə yüksəlib. "Milan" isə 22 xalla 7-ci yerdə qalıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.