
Türkiyənin İstanbul şəhərində Beylikdüzü Adnan Kahveci məhəlləsində 14 mərtəbəli binada baş verən partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
“AVESTA.AZ” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyindən bildirilib.
Məlumata görə, partlayış binanın girişində olub. Bildirilib ki, binada 84 mənzil var.
Partlayışa səbəb kimi qaz sızması göstərilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.