
Sumqayıtda 48 yaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” un yerli bürosu məlumat verir ki, hadisə şəhərin “Mero yolu” adlanan ərazisində qeydə alınıb.
“Opel” markalı avtomobil yolu keçmək istəyən piyada, 1976-cı il təvəllüdlü Malik Əlişan oğlu Ağayevi vurub.
O, xəstəxanaya çatdırılarkən yolda keçinib. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.