
Epidemioloji vəziyyətlə bağlı təcili tibbi yardıma müraciətlərdə kəskin artış yoxdur.
"Report"un məlumatına görə, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkədə mövsümlə əlaqəli kəskin respirator virus infeksiyalarının yayılması müşahidə olunur.
V.Qurbanov qeyd edib ki, xəstəxanalara insanların müraciət sayı normal səviyyədədir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.