
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının Baş katibi Alen Berse ilə telefon danışığında Azərbaycanla sülh müqaviləsinin bağlanması məsələsini müzakirə edib.
“AVESTA.AZ” yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistanın Avropa Şurası ilə əməkdaşlığını da müzakirə ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.