13-12-2024, 15:45 390

AÇG-dən ümumi hasilat 600 milyon tona çatıb

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 600 milyon ton neft hasil edilib.

“Report” yatağın operatoru olan “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, hasil edilmiş neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf deyib: “Azəri-Çıraq-Günəşli” yatağından 600 milyon ton neft hasilatına nail olunması Azərbaycanın enerji sektorunun davamlı uğurunu təsdiqləyən əhəmiyyətli nailiyyətdir. Bu əlamətdar hadisə, müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin uzaqgörən rəhbərliyi sayəsində mümkün oluи. Heydər Əliyevin müdrik siyasəti 1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanmasına yol açaraq ölkəmizin enerji müstəqilliyinin və iqtisadi rifahının təməlini qoyuи. AÇG-nin 30 illik yubileyini qeyd edərkən, SOCAR bu irsi davam etdirməklə enerji sektorunda yenilik və dayanıqlılığa töhfə verməyə davam edəcək”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz qeyd edib: “Bu tarixi hadisə AÇG yatağının 30-cu ilində əldə edilmiş növbəti nailiyyətdir. Biz qürur duyuruq ki, ümumilikdə 600 milyon ton neft təhlükəsiz, etibarlı və ətraf mühit baxımından məsuliyyətli əməliyyatlar nəticəsində əldə olunub. Bu nailiyyət AÇG-nin ölkəyə və bütün maraqlı tərəflərə verdiyi misilsiz töhfənin gözəl ifadəsidir. Bu, həmçinin AÇG-nin uğurunu fədakar əməkləri ilə təmin etmiş öz işinə sadiq minlərlə insanın, əsasən də Azərbaycanlı mütəxəssislərin inanılmaz zəhmətinin təcəssümüdür. Möhtəşəm fəaliyyətlərinə və əməliyyatların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsi öhdəliyinə davamlı olaraq sadiq qaldıqlarına görə bütün AÇG heyətinə, xüsusilə də əməliyyatlar qrupuna təşəkkürümü bildirirəm".

Q. Counz vurğulayıb ki, BP-nin strategiyası bu günün enerji sistemlərinə - yəni AÇG kimi yataqların işlənməsinə, və həm də gələcəyin enerji sisteminə sərmayə qoymaqdır: "Operator kimi biz AÇG-nin qarşıdan gələn onilliklər ərzində də ölkəyə, Azərbaycan xalqına və tərəfdaşlarımıza töhfə verməsini təmin etmək üçün hökumət və SOCAR-la sıx işləmək öhdəliyimizə sadiqiq”.

Qeyd edək ki, AÇG üzrə HPBS ilkin olaraq 20 sentyabr 1994-cü il tarixində imzalanıb. O vaxtdan bəri AÇG yatağının işlənməsinə təxminən 45 milyard ABŞ dolları investisiya qoyulub. 14 sentyabr 2017-ci il tarixində AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş HPBS imzalanıb və bununla HPBS-nin müddəti 2049-cu ilə qədər uzadılıb.

Sentyabrda isə AÇG yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavənin imzalandığı elan edilib. Bu sənədə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi, hazırda iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.

Paylaş

Xəbər lenti

Xaricdə qanunsuz silahlı birləşmədə iştirak edən şəxsə HÖKM OXUNDU Bu gün, 12:48 Bakıda klinikadan 5000 manat oğurluq - Kassir saxlanıldı Bu gün, 12:48 Qəbələdə WUF13 Festivalı başlayıb Bu gün, 12:48 Ləhiş bağları istiqamətində GÖRÜNMƏYƏN TƏHLÜKƏ Bu gün, 12:48 Abşeron Rayon Mərkəzi Xəstəxanasında onlayn növbə sisteminin tətbiqinə başlanılıb Bu gün, 12:48 Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edir Bu gün, 12:48 İlham Əliyev: Bu gün Azərbaycan və Ermənistan arasında sülh - reallıqdır Bu gün, 12:48 Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir Bu gün, 12:48 İlham Əliyev: Azərbaycan Ermənistana 12 min ton neft məhsulları göndərib Bu gün, 12:48 İlham Əliyev Avropa Parlamentini tənqid edib Bu gün, 12:48 Paşinyan: "Avropa Siyasi Birliyi" Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olmasında mühüm rol oynayıb Bu gün, 12:48 Parlamentlərarası İttifaqın baş katibi Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Hindistanda fil hücumu: sürücünü öldürdü, cəsədin yanında saatlarla qaldı Bu gün, 12:48 İlham Əliyev: Bakı və İrəvan sülh gündəliyinə sadiqdir Bu gün, 12:48 Ali məktəbə qəbul olmaq istəyən subbakalavrların nəzərinə - DİM-dən XƏBƏRDARLIQ Bu gün, 11:48 Fuad Muradov Vyetnama səfər edib, Azərbaycan icması ilə görüşüb Bu gün, 11:48 Lənkəran sakinlərinin NƏZƏRİNƏ Bu gün, 11:48 Sabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ Bu gün, 11:48 İspaniya Baş nazirini daşıyan təyyarə Ankaraya məcburi eniş edib Bu gün, 11:48 DYP skuter istifadəçilərinə müraciət edib Bu gün, 11:48 Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatına qatılacaq bütün ölkələr dəqiqləşib Bu gün, 11:48 Azərbaycanda ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb Bu gün, 11:48 Həbs qətimkan tədbirləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi Milli Məclisə tövsiyə olunub Bu gün, 11:48 Birinci sinfə qəbulla bağlı yaranan SUALLARIN CAVABLARI Bu gün, 11:48 İşdə xəsarət alan şəxs 6 gün sonra xəstəxanada öldü Bu gün, 11:48 Lerikdə ildırım vuran gənc ölüb Bu gün, 10:48 Azərbaycanda heyvan sığınacaqları üçün yeni qaydalar qüvvəyə minib Bu gün, 10:48 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək Bu gün, 10:48 Coratda 66 yaşlı kişi hamamda yıxılaraq ölüb Bu gün, 10:48 Bu il işləyənlərin pensiyaları nə qədər artırılacaq? Bu gün, 10:48 Neymarla Robinyonun oğlu məşqdə dalaşdı Bu gün, 10:48 Türkiyədə güclü qasırğa FACİƏYƏ ÇEVRİLDİ: 1 ÖLÜ, 40 YARALI Bu gün, 10:48 Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb Bu gün, 09:48 Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq Bu gün, 09:48 Nəsrin Cavadzadə evləndi Bu gün, 09:48 Süni intellekt və Braziliyada superkompüter: Okampo Bakıya qarşı genişmiqyaslı dezinformasiya kampaniyasını necə qururdu Bu gün, 09:48 İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq Bu gün, 09:48 Ən tez aldanan bürclər açıqlandı Bu gün, 00:48 Diqqət mərkəzində olmaq istəyi hansı psixoloji problemin əlamətidir? Dünən, 23:48 Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır? Dünən, 23:48 Tez-tez tərləmə hansı xəstəliklərin əlamətidir? Dünən, 23:48 Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır? Dünən, 22:48 Söküntü dalğası fürsətə çevrilir - Bakıda "Xruşşovka" ovuna çıxanların yeni qazanc sxemi Dünən, 22:48 Mərakeşdə hərbi təlim zamanı iki ABŞ hərbçisi itkin düşüb Dünən, 22:48 Sumqayıtda işləyən zaman halı pisləşən fəhlə dünyasını dəyişib Dünən, 21:48 Şəmkirdə gənc oğlan ağır yanıq xəsarətləri alıb Dünən, 21:48 Dejavu nədir və nə zaman təhlükəli ola bilər? – Mütəxəssislər açıqladı Dünən, 21:48 Tbilisidə azərbaycanlı saxlanıldı: silah və narkotik aşkarlanıb Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR