
Türkiyənin Tokat şəhərinin Turhal rayonunda bir avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində üç nəfər ölüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ölkənin telekanalı məlumat yayıb.
Bildirilib ki, minik avtomobilini idarədən çıxaraq ağaca çırpılıb və sonra da aşıb. Qəzada sürücü və nəqliyyat vasitəsindəki iki sərnişin həlak olub.
Hadisə yerinə polis, təcili yardım briqadaları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.