
Türk Dövlətləri Təşkilatı (TDT) hesabında 3 oktyabr – Naxçıvan müqaviləsinin ildönümü, Türkdilli Ölkələrin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib.
“AVESTA.AZ” xəbər verir ki, paylaşımda deyilir:
“3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Gününüz mübarək!
Bu gün Türk Dövlətləri Təşkilatını yaradan, türk dünyasının birliyinə və həmrəyliyinə həsr olunan Naxçıvan müqaviləsinin imzalanmasının 13-cü ildönümüdür!
Sizi ən xoş arzularımızla təbrik edirik!”.
Qeyd edək ki, 3 oktyabr 2009-cu ildə türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan müqaviləsi imzalanıb. Müqavilənin imzalanma tarixi olan 3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunmaqdadır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.