
Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG terror qruplaşmasının altı üzvü öldürülüb.
“AVESTA.AZ” xəbər verir ki, məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Suriyanın şimalında “Barış pınarı” antiterror bölgəsində dörd, İraqın şimalında “Pençe-kilit” əməliyyatı nəticəsində iki terrorçu öldürülüb.
Nazirlik terrora qarşı mübarizənin davam edəcəyini bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.