3-10-2022, 03:54 638

Cenevrədə Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçirilib

2 oktyabr 2022-ci il tarixində Cenevrədə Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Report”a verilən məlumata görə, görüş, 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib.

Ceyhun Bayramov səylərin post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Nazir bu xüsusda, tərəfimizdən təklif olunmuş beş baza prinsipləri əsasında müqavilənin elementlərini detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıb.

Görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub.

Ceyhun Bayramov, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xəttlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulayıb.

Humanitar məsələlərə toxunan nazir, o cümlədən, 4 000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini, Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsinin qəbuledilməzliyini, bunun Üçtərəfli bəyanat üzrə Ermənistanın öhdəliklərinin kobud pozuntusu və hərbi cinayət olduğunu diqqətə çatdırıb.

Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Bu istiqamətdə müzakirələrin davam etdirilməsinə dair razılıq əldə olunub.

21:28

İsveçrənin Cenevrə şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.

Bu barədə “Report”a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Paylaş

Xəbər lenti

Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb Bu gün, 15:48 Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır Bu gün, 15:48 Bu tarixlərdə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ Bu gün, 15:48 Ayxan Hacızadə: Məmdaninin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir Bu gün, 15:48 Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər? Bu gün, 15:48 Türkiyənin bu şəhərinə güclü qar yağdı Bu gün, 15:48 Bakı ilə Kiyev arasında humanitar yardım oxşar problemlərin mövcudluğuna işarədir - RƏY Bu gün, 15:48 Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 14:48 Şirvan polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var Bu gün, 14:48 İlham Əliyev: "Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir" Bu gün, 14:48 İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir" Bu gün, 14:48 Marko Yankoviç: Hakim mənə dəfələrlə "Rədd ol" dedi Bu gün, 14:48 Naxçıvanda sərxoş kişi avtomobilini yandırdı Bu gün, 14:48 Volodimir Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 14:48 Volodimir Zelenski: "Ukrayna Rusiya ilə danışıqların Azərbaycanda keçirilməsinə hazırdır" Bu gün, 14:48 Azərbaycan və Pakistan süni intellekt sahəsində əməkdaşlığı müzakirə ediblər Bu gün, 14:48 Ukrayna Prezidenti: Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik Bu gün, 14:48 "Qarabağ Tallin" Estoniya çempionatında bürünc medal qazanıb Bu gün, 14:48 Bakıda Caz və Şərab Festivalı: "Nəvəm də, balalarım da buraya gələcəklər" Bu gün, 14:48 Azərbaycanlı məşhurlar Amerikada bir araya gəldilər Bu gün, 14:48 Bazar günü Azərbaycanda 24 dərəcəyədək isti olacaq Bu gün, 13:48 "Rövşənoğlu Agro" - "YARA" şirtkəti ilə birgə yerli fermerlər üçün ixtisaslaşmış seminar təşkil etdi Bu gün, 13:48 Qəbələdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti ilə geniş tərkibdə görüşü keçirilib Bu gün, 13:48 AFFA U-20 dünya çempionatının final oyununun Azərbaycanda keçirilməsinin tərəfdarıdır Bu gün, 13:48 Bakıda pariklə dələduzluq edən şəxs ƏLƏ KEÇDİ Bu gün, 13:48 İlham Əliyevin Qəbələdə Volodimir Zelenski ilə görüşü olub Bu gün, 13:48 Prezident: "Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var" Bu gün, 13:48 Tərtərdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb Bu gün, 12:48 Bakıda 64 yaşlı fəhlə faciəli şəkildə öldü Bu gün, 12:48 Novxanıda küçəyə axan çirkab su gölməçə yaratdı Bu gün, 12:48 Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA Bu gün, 12:48 Sərxan Hacıyev: "Əvəzedicilər Liqasının ləğvi gündəmdədir" Bu gün, 12:48 Ronaldonun keçmiş aşpazından maraqlı tövsiyə Bu gün, 11:48 Azərbaycan və Latviya prezidentlərinin görüşündən eksklüziv kadrlar Bu gün, 11:48 Yol hərəkəti qaydalarını heçə saydı, narkotik qəbul etdiyi məlum oldu Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib Bu gün, 11:48 Göyçayda market YANIB Bu gün, 11:48 Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir Bu gün, 11:48 "Üstümə cumdu, barmağımın bir hissəsini qopardı" - Ucarda çaqqal hücumunun yeni TƏFƏRRÜATI Bu gün, 10:48 Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür Bu gün, 10:48 İstanbulda yeraltı su anbarında 3 mindən çox silah hissəsi ələ keçirilib Bu gün, 10:48 Azərbaycan Ordusunda keçirilən atıcılıq üzrə birincilik başa çatıb Bu gün, 10:48 Pul axını başlayır: Bu bürclər zənginləşə bilər Bu gün, 10:48 Hesablama Palatası: Dövlət əmlakının sığortasında qiymətləndirmə fərqi var Bu gün, 10:48 Minik və yük avtomobili toqquşub - Ölən və yaralananlar var Bu gün, 09:48 ABŞ İranla müharibəyə bu qədər xərc çəkib Bu gün, 09:48 Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər? Bu gün, 09:48 Tehranda beynəlxalq uçuşlar bərpa olunur Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR